ABB-nin əməliyyat mənfəəti sabit qalıb – BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI
Aktivlərinin həcminə görə Azərbaycanın ən böyük bank olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 155 milyon 472 min manat xalis mənfəətlə başa vurub. Bank 2024-cü ilin eyni dövrünü 172 milyon 392 min manat xalis mənfəətlə bağlamışdı.
Bazarda depozit faizlərinin artması əksər banklar kimi ABB-nin də faiz xərclərinin artmasına səbəb olub.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın yarımillik maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ABB-nin faiz gəlirləri 2025-ci ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 94 milyon 459 min manat və ya 21,6% artaraq 531 milyon 721 min manat, faiz xərcləri isə 85 milyon 168 min manat və ya 88,1% artaraq 181 milyon 831 min manat təşkil edib. O cümlədən, depozitlər üzrə faiz xərcləri 83 milyon 481 min manat və ya 2,1 dəfə artaraq 157 milyon 931 min manat olub.
QEYRİ-FAİZ GƏLİRLƏRİ DƏ ARTIB
ABB-nin qeyri-faiz gəlirləri 2025-ci ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 52 milyon 450 min manat və ya 35,8% artaraq 198 milyon 952 min manat, qeyri-faiz xərcləri isə 61 milyon 392 min manat və ya 27,5% artaraq 284 milyon 339 min manat təşkil edib.
ABB-nin əməliyyat mənfəəti 2025-ci ilin ilk 6 ayda 256 milyon 383 min manat təşkil edib. 2024-cü ilin ilk 6 ayında bu rəqəm 258 milyon 570 min manat təşkil etmişdi.
2025-ci ilin 1-ci yarısında ABB əməliyyat mənfəətindən 65 milyon 910 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 35 milyon manat mənfəət vergisi ödəyib. Bank 2024-cü ilin 1-ci yarısında 54 milyon 823 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb, 31 milyon 355 min manat mənfəət vergisi ödəyib.
CƏMİ AKTİVLƏRİ 14 MİLYARD MANATDAN ÇOXDUR
ABB-nin cəmi aktivləri 2025-ci ilin ilk 6 ayı ərzində ötən ilin sonu ilə müqayisədə 418 milyon 073 min manat və ya 3,1% artaraq 30 iyun 2025-ci tarixində 14 milyard 47 milyon 23 min manata çatıb. O cümlədən, Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 291 milyon 856 min manat və ya 4,6% artaraq 6 milyard 642 milyon 657 min manata yüksəlib.
Həmçinin, ABB-nin biznes kreditləri portfeli 131 milyon 262 min manat artaraq 3 milyard 240 milyon 508 min manata, ipoteka kreditləri portfeli 31 milyon 850 min manat artaraq 1 milyard 474 milyon 697 min manata yüksəlib.
ABB, digər banklar və digər maliyyə institutlarındakı depozitlərini 2 dəfə artıraraq 793 milyon 469 min manata çatdırıb.
ƏHALİNİN BANKDA ƏMANƏTLƏRİ ARTIB
2025-ci ilin ilk yarısında ABB-nin cəmi depozit portfeli 405 milyon 620 min manat artaraq 10 milyard 412 milyon 163 min manata yüksəlib. O cümlədən, hüquqi şəxslər və dövlət fondları qarşısında öhdəliklər 164 milyon 23 min manat artmaqla 7 milyard 421 milyon 432 min manata çatıb, fiziki şəxslərin depozitləri isə 241 milyon 597 min manat artaraq 2 milyard 990 milyon 731 min manata yüksəlib.
30 iyun 2025-ci il tarixində ABB 1 milyard 706 milyon 841 min manat məcmu kapitala malik olub. I dərəcəli kapitalın adekvatlıq əmsalı 16,98%, məcmu kapitalın adekvatlıq əmsalı 18,62 faiz təşkil edib.
BANK SƏHMDARLARINA 200 MİLYON MANAT DİVİDEND ÖDƏYİB
Həmçinin qeyd edək ki, ABB ASC-nin Səhmdarlarının növbəti Ümumi Yığıncağının 07.05.2025-ci il tarixli qərarına əsasən, Bankın 2024-cü ildə əldə edilmiş mənfəətindən 200 milyon manat məbləğində vəsait Bankın səhmdarlarına dividend şəklində ödənilib. Dividendlərinin 184,4 milyon manatı dövlət büdcəsinə ödənilib.
BANKIN REYTİNQİ YÜKSƏLİB
Əlav edək ki, Moody’s Beynəlxalq Reytinq Agentliyi bu günlərdə ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Stabil proqnozla Ba2-dən Ba1-ə yüksəldib. Bu, Moody’s-in indiyə qədər ABB-yə və ümumən ölkənin bank sektoruna verdiyi ən yüksək reytinqdir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 8 d. əvvəl
- 12 d. əvvəl
-
26 d. əvvəl
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
-
30 d. əvvəl
Dərman idxalında 5 milyon dollarlıq azalma - 214 milyon dollara düşüb
-
33 d. əvvəl
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
- 43 d. əvvəl
-
1 saat əvvəl
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
-
1 saat əvvəl
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
-
1 saat əvvəl
"Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Kapital Bank" 100 milyon manatlıq istiqraz buraxır
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
FED faiz qərarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















