Dronlardan istifadənin qaydaları hazırlanıb
Dövlət Mülki Aviasiya Administrasiyasının və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən “Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları”nın layihəsi hazırlanıb.
Dövlət Mülki Aviasiya Administrasiyasının məlumatında bildirilir ki, sözügedən layihə pilotsuz mülki uçuş aparatlarının idarə edilməsi tələblərini, habelə təhlükəsizlik və əməliyyat standartlarını və şərtlərini özündə ehtiva edir.
"Qeyd olunan layihə 2015-ci ilin 08 sentyabr tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tərəfimizdən təqdim edilmişdir.
Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarından (cəmi: 10 qurum) daxil olan və qəbul oluna bilən rəy və təkliflər nəzərə alınmaqla bu layihə razılaşdırılma mərhələsindən keçmişdir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.
Qeyd edilən Qaydaların Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiq ediləcəyi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin göstərişi daxil olmuşdur (dərkənar № 17/17/3404-26/18/22; 09 dekabr 2016-cı il).
Bildiririk ki, sonrakı mərhələdə sözügedən Qaydaların layihəsində müəyyən zəruri dəyişikliklər tərəfimizdən edilib.
Bu layihə Azərbaycan Respublikasının dövlət qurumları və digər hüquqi, habelə fiziki şəxslər tərəfindən baxılması və mümkün rəy və təkliflərinin bildirilməsi üçün təqdim olunur (bu layihə Dövlət Mülki Aviasiya Administrasiyasının rəsmi saytının “Hüquqi aktların layihələri” bölməsində yerləşdirilib)",- məlumatda deyilir.
Qeyd edək ki, layihə, “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci və 44.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli, müvafiq olaraq 3 və 4 nömrəli Qərarları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları” və “Azərbaycan Respublikasının uçuş Qaydaları” aktlarına, habelə Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya (Çikaqo Konvensiyası), Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) 2011-ci il tarixli, 328 AN/190 nömrəli “Pilotsuz hava gəmilərinin idarə edilməsi sistemləri” sənədinə əsasən hazırlanıb.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 52 d. sonra
-
- 5 d. əvvəl
- 33 d. əvvəl
-
41 d. əvvəl
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
10 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
15 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Rəsmi məzənnələr açıqlandı
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
Ən çox oxunanlar
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
























