İsrail İrana hücum etdi
İranın paytaxtı Tehranda güclü partlayış səsləri eşidilib.
İsrail İrana hücum etdiyini açıqlayıb. İsrailin müdafiə naziri Yisrael Katz İrandan ola biləcək hər hansı cavaba qarşı fövqəladə vəziyyət elan edib. İsrailin baş naziri Benyamin Netanyahu hücumların lazım olduğu qədər davam edəcəyini, ABŞ dövlət katibi Marko Rubio isə ABŞ-ın hücumlarda iştirakının olmadığını bildirib.
İran dövlət televiziyası İsrailin zərbələrində Natanz nüvə obyektinin hədəf alındığını bildirib.
Hücumlar nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami həyatını itirib.
Bildirilib ki, Hüseyn Səlami ilə birlikdə İranın Baş Qərargah rəisi də öldürülə bilər.
İranın müxtəlif şəhərlərinə hücumlar təşkil edən İsrailin, Təbriz şəhərini də hədəf aldığı bildirilib.
İran İnqilab Keşikçiləri Qvardiyasına yaxınlığı ilə tanınan "Sepahnews" İsrailin Təbriz şəhərində 5 nöqtəni hədəf aldığını açıqlayıb.
Hücumda itkilər ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Netanyahunun bəyanatı
İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı hücuma keçdiklərini və hücumların “təhlükə aradan qaldırılana qədər” davam edəcəyini bildirib.
Netanyahu, İranın İsrailə qarşı soyqırım ritorikası inkişaf etdirdiyini və bunu nüvə proqramı ilə dəstəklədiyini iddia edib.
Netanyahu İranın uranı atom bombası istehsal edə biləcək qədər zənginləşdirdiyini və silah istehsalı üçün daha əvvəl atmadığı addımlar atdığını iddia edib. Bu sürətlə İranın çox qısa müddətdə nüvə silahı istehsal edə biləcəyini qeyd edən Netanyahu bunun İsrail üçün təhlükə yaratdığını deyib.
İsrail ordusunun bəyanatında deyilir ki, İrana hücumlarda onlarla reaktiv təyyarə iştirak edib.
“İranın müxtəlif bölgələrindəki nüvə hədəfləri də daxil olmaqla, onlarla hərbi obyektə zərbələrin endirilməsini əhatə edən birinci mərhələ başa çatıb”, - deyə məlumatda bildirilir.
ABŞ-dan açıqlama
ABŞ dövlət katibi Marko Rubio İrana hücumda ABŞ-ın əli olmadığını, lakin İsrailin onlara bu hücumun zəruri olduğunu bildirdiyini bildirib.
Rubio deyib ki, İran İsraili hədəfə almamalıdır.
İran dövlət televiziyası İsrailin Tehrana hücumları barədə məlumat yayıb. İlkin məlumatlara görə İsrailin İranın paytaxtı Tehrana hücumları nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
İran lideri Əli Xamenei İsrailin hücumlarında bəzi komandirlərin öldüyünü qeyd edərək, İsrailə sərt cavab verəcəklərini açıqlayıb.
Xamenei, "Bu rejim bilməlidir ki, onu ağır bir cəza gözləyir", deyib.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 18 saat sonra
-
2 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
2 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışı olub
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu




















