Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqardın bazar ertəsi günü Berlində çıxışı zamanı səsləndirdiyi fikirlər fonunda avro dollar qarşısında bir qədər bahalaşdı. Lakin, bu gün səhər saatlarında ABŞ dolları öz mövqelərini qismən bərpa edə bildi. EUR/USD valyuta cütlüyü 1.14060 səviyyəsinə qədər bahalaşdıqdan sonra geriləyib və hazırda 1.13680 səviyyəsində ticarət olunur.
Bu gün Yaponiya Bankının dərc etdiyi məlumata əsasən, ölkədə İstehlak Qiymətləri İndeksi (CPI) illik ifadədə 2.4%-ə qədər yüksəlib. Ekspertlərin proqnozu 2.3% təşkil edirdi. CPI-ın artması ilə USD/JPY cütlüyü 142.100 həddini aşağıya doğru test etdikdən sonra 143.330 həddinə kimi kəskin şəkildə yüksəlib.
ECB sədrinin səsləndirdiyi fikirlərə əsasən, Donald Trampın ziddiyyətli siyasəti avronun beynəlxalq rolu üçün "əla imkan" yaradır. Onun sözlərinə görə, bu vəziyyət, valyuta blokuna cari günədək yalnız ABŞ-a məxsus olan bir sıra imtiyazları əldə etməyə imkan verə bilər. “Əgər Avropa dövlətləri uzun müddətdir Aİ-nin iqtisadi potensialını məhdudlaşdıran problemləri həll edə bilsələr, onlar borclanma xərclərinin azalması, valyuta məzənnələrinin dəyişkənliyindən və sanksiyalardan qorunma şəklində mükafatlandırılacaqlar”, - deyə Laqard vurğulayıb.
Həmçinin, Avropa İttifaqı ABŞ ilə transatlantik ticarət müharibəsinin qarşısını almaq məqsədilə danışıqları sürətləndirməyə razılaşıb. Bu qərar, ölkə prezidenti Donald Trampın bir neçə gün əvvəl Aİ-ni Amerikadan sui-istifadə etməkdə və lənglikdə ittiham etməsindən sonra verilib.
Çərşənbə axşamı günü investorların diqqət mərkəzində ABŞ-da açıqlanacaq “Conference Board” İstehlakçıların İnam İndeksi olacaq. Analitiklər göstəricinin 86 bənd səviyyəsindən 87.1 bənd səviyyəsinə qədər yüksələcəyini ehtimal edirlər. Əlavə olaraq, Almaniyada dərc olunacaq "GFK" İstehlakçı İnam İndeksi və ABŞ-da açıqlanacaq Uzunmüddətli İstifadə Məhsulları üzrə Sifarişlərin Həcmi göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq xəbərlərdir.
Məlumat İnvest-AZ İnsvestisiya Şirkətininanalitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
9 d. əvvəl
PAŞA Bank-ın rəhbər heyəti Londonda keçirilən Strateji Liderlik Sammitində iştirak edib
-
15 d. əvvəl
Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb
-
24 d. əvvəl
Kevin Uorşın sədrliyi ilə ilk FED iclası - O, ÇƏTİN QƏRAR QARŞISINDADIR
- 37 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 18-də gözlənilən hava şəraiti
Qeyri-neft ixracına pambıq dəstəyi
Ən çox oxunanlar
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
Azərbaycanın sement ixracında geriləmə - 20,4% azalıb
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
























