Bakı Fond Birjası sərgi təşkil edib
11 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasının (BFB) təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir.
Birjadan "Marja"ya daxil olmuş məlumata görə, nümayiş olunan əsərlərin maksimum sayda insanlara çatdırılması və sərginin auditoriyasının genişləndirilməsi məqsədi növbəti sərgi virtual təşkil edilmişdir.
Sərginin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, onların gələcək fəaliyyətlərinin motivasiyası, eləcə də ölkəmizdə gənc istedadların üzə çıxarılmasından ibarətdir.
Bu məqsədlə Şüvələn Uşaq və Ailələrə Dəstək Mərkəzində sərginin təqdimatı təşkil edilmişdir. Təqdimatında çıxış edən BFB-nin İdarə Heyətinin sədri Vüqar Namazov xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarının üzə çıxarılması, onların məşğul olduqları sənətə qarşı bağlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlərin xüsusi önəm daşıdığını vurğuladı. Sonda ehtiyacı olan uşaqlara yeni tədris ili ilə əlaqədar olaraq məktəbli ləvazimatları hədiyyə olundu.
Virtual sərgidə nümayiş olunan rəsm əsərləri və eləcə də onların müəllifləri barədə ətraflı məlumat BFB-nin internet saytının http://bfb.az/sergi bölməsində yerləşdirilmişdir.
Məlumat üçün, BFB-nin sosial məsuliyyətlilik proqramı çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət ilk sərgi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2017-ci ilin iyun ayında keçirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)



