“Qadın Dəstək Xətti”nə 2025-ci ilin ilk rübündə 500-dən çox müraciət daxil olub
(®) 2025-ci ilin birinci rübündə Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” xidmətinə ümumilikdə 537 müraciət daxil olub.
Bu müraciətlərdən 109-u məişət zorakılığı, 57-si nikahın pozulması, 48-i sosial-maddi rifah, 44-ü hüquqi dəstək, 18-i sığınacaqla təmin olunma, 14-ü psixoloji yardım, 13-ü isə səhiyyə hüququ ilə bağlı məsələləri əhatə edib. 234 müraciət digər mövzularla bağlı olub. Müraciətlərin geniş spektri “Qadın Dəstək Xətti”nin çətin həyat şəraitində olan qadınlara çevik və peşəkar dəstək göstərmək baxımından mühüm sosial rol oynadığını bir daha nümayiş etdirib.
“Qadın Dəstək Xətti”nin əsas məqsədi – məişət zorakılığı ilə mübarizə istiqamətində effektiv psixoloji, emosional və sosial dəstəyi təşviq etmək, qadınlara hüquqi məsləhət verən QHT-lərə, reabilitasiya mərkəzlərinə, sığınacaqlara yönəltməklə onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Eyni zamanda, xidmətə müraciət edən qadınlara tibbi yardıma çıxış, məşğulluq imkanları barədə məlumatlandırma və sosial dəstək təklif olunur. Bu proseslər peşəkar psixoloqlar, hüquqşünaslar və sosial işçilər tərəfindən icra edilir. Müraciətlərin operativ həlli məqsədilə zəruri hallarda müvafiq dövlət qurumları, yerli idarəetmə orqanları və sosial xidmət müəssisələri ilə əməkdaşlıq həyata keçirilir.
“Qadın Dəstək Xətti” 2022-ci ilin iyul ayından etibarən “Azercell Telekom” MMC-nin təşəbbüsü ilə yaradılıb. Xidmət Azercell, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə tərəfdaşlığı və dəstəyi ilə fəaliyyət göstərir. Layihə çərçivəsində çətin həyat şəraiti və risk altında olan qadınlara 116111 qısa nömrəsi, Facebook və Instagram səhifələri vasitəsilə 24/7 rejimdə dayanıqlı və davamlı yardım göstərilir.
“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
11 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
11 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
























