Kosmetika istehsalçıları Bakıya gəlir
28-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində ölkədə kosmetika sənayesinin aparıcı tədbiri sayılan 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2017” sərgisi keçiriləcək. “Beauty Azerbaijan” sərgisi bu sahənin mütəxəssislərini, kosmetik vasitələrin istehsalçılarını və distribütorlarını öz meydançasında bir araya gətirir.
Sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində Iteca Caspian və onun Böyük Britaniyalı tərəfdaşı olan “ITE Group” şirkətləri çıxış edirlər.
Bu il sərgidə Azərbaycan, ABŞ, İtaliya, Koreya, Rusiya, Türkiyə, Çex Respublikası və digər ölkələri təmsil edən şirkətlər iştirak edəcəklər. “Beauty Azerbaijan 2017” sərgisində peşəkar kosmetika, gözəllik salonları üçün avadanlıqların geniş çeşidi, kosmetoloji aparatlar, dolğu (filler), mezopreparatlar və digər məhsullar təqdim ediləcək.
Təşkilatçılar tərəfindən sərginin işgüzar proqramı çərçivəsində istehsalçı və distribütor arasında ikitərəfli görüşlər keçiriləcəkdir.
“Beauty Azerbaijan 2017” sərgisi paralel olaraq 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisi ilə keçiriləcək.
Şirkətlər öz stendlərində ustad dərsləri (master class) keçirəcəklər. Bütün məlumat sərginin veb-saytında www.beauty.iteca.az yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)

