Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib
Ankarada Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu çərçivəsində iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və birgə investisiya imkanları barədə müzakirələr aparılıb, sahibkarlar arasında görüşlər keçirilib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Ankara şəhərində Türkiyənin Ticarət, Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Tədbirdə hər üç ölkədən tikinti, tütünçülük, qida sənayesi, əczaçılıq, tikinti materialları, turizm, tekstil, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib.
Biznes forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov iştirak ediblər.
Tədbirdə Azərbaycanın Türkiyə və Özbəkistanla əlaqələrinin inkişafı, potensial birgə layihələr barədə məlumat verilib. Qeyd olunub ki, ölkələrimizin yerləşdiyi regionda geosiyasi proseslər fonunda dövlət başçılarımızın liderliyi ilə qarşılıqlı tərəfdaşlıq münasibətləri daha da möhkəmlənməkdədir. Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlığın güclənməsində önəmli rolu var. TDT-nin 11-ci Zirvə Görüşü çərçivəsində üzv dövlətlər arasında imzalanmış Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi, dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi, həmçinin Türk İnvestisiya Fondu strateji və iqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayır.
Bildirilib ki, indiyədək Türkiyə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyub və ölkələrimiz arasında investisiya üzrə işbirliyi genişlənir.
Eləcə də Azərbaycan sərmayəçiləri ölkələrimiz üçün vahid ekosistemin iştirakçıları kimi çıxış etmək əzmindədirlər. Qeyd olunub ki, Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 20 mlrd. ABŞ dollarınadək investisiya yatırılıb.
Türkiyə şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasında daha fəal iştiraka, təqdim edilən güzəştlərdən yararlanmağa dəvət edilib.
Biznes forumda Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin getdikcə artdığı vurğulanıb. Orta Dəhliz üzrə nəqliyyat-tranzit daşımalarında da artım var. 500 milyon dollarlıq kapitala malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin xətti ilə 8 layihə üzrə işlər görülür. Bildirilib ki, Özbəkistan Prezidentinin özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Füzuli rayonunda Mirzə Uluqbəy adına məktəbin fəaliyyətə başlaması, Xankəndi şəhərində tikiş fabrikinin açılışı ölkələrimiz və xalqlarımız arasında əsl qardaşlıq nümunəsidir.
Forumda Azərbaycan, Türkiyə və Özbəkistan arasında iqtisadi birliyin gücləndirilməsi, biznes tərəfdaşlığının effektivliyinin artırılması, ticarət əlaqələrinin genişləndirilməsi, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviqi imkanları müzakirə edilib.
Tədbirdə TOBB-un prezidenti Rifat Hisarcıklıoğlu, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Türk Ticarət və Sənaye Palataları Birliyinin Prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru vəzifəsini icra edən Mansurcan Rasulev ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, regional nəqliyyat və logistika potensialı, həmçinin biznes üzrə işbirliyinin inkişafı üçün birgə imkanlara dair məlumat veriblər.
Tədbir B2B formatında görüşlərlə davam etdirilib.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
11 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
11 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























