2024-cü ildə AYİB Azərbaycanda 8 layihəyə 196 milyon avro vəsait ayırıb
80 faizdən çoxu yaşıl iqtisadiyyata yönəldilibAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2024-cü ildə Azərbaycanda 8 layihəyə 196 milyon avro vəsait ayırıb.
Marja.az xəbər verir ki, bu barədə AYİB-in yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, bu investisiyaların əksəriyyəti özəl sektorda olmaqla, 82 faizi ölkənin yaşıl iqtisadiyyatına, enerji və nəqliyyata, maliyyə institutları, kiçik və orta müəssisələr (KOB) də daxil olmaqla müxtəlif sektorlara yönəldilib.
2024-cü il ərzində AYİB ölkənin karbonsuzlaşdırma ambisiyalarını dəstəkləyən əsas tərəfdaşlardan biri olub. Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı zamanı (COP29) Bank Qafqazda ən böyük kommunal miqyaslı günəş elektrik stansiyalarının tikintisini birgə maliyyələşdirib və hazırda Azərbaycanda maliyyələşdirilən bərpa olunan enerjinin həcmi 1,2 giqavattı ötüb.
AYİB Azərbaycana ilk dəfə bərpa olunan enerji auksionunun keçirilməsində dəstək göstərib və nəticə COP29-da elan edilib. Nəticədə, Azərbaycanın enerji bazarının yeni iştirakçısı indi Azərbaycanın Qaradağ rayonunda 100 meqavatlıq (MVt) günəş elektrik stansiyasının istismara verilməsi istiqamətində işə başlayacaq.
Bank, həmçinin Azərbaycanın ticarət donanmasının fəaliyyətinin genişləndirilməsi üçün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) 42 milyon ABŞ dolları (38,71 milyon avro) kredit ayıraraq ölkənin nəqliyyat potensialına investisiya yatırıb.
2024-cü ildə AYİB ən böyük yerli maliyyə institutu olan Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq edərək, ticarətin maliyyələşdirilməsi limitini 50 milyon ABŞ dollarına (46,7 milyon avro) qədər təsdiqləyib. Bu mexanizm AYİB-in Ticarətin Asanlaşdırılması Proqramı (TFP) vasitəsilə Azərbaycan şirkətlərinin ixrac və idxal əməliyyatlarını dəstəkləmək, onların qlobal bazarlara inteqrasiyasına kömək etmək məqsədi daşıyır.
Azərbaycanda fəaliyyət göstərən KOB-lar da AYİB-in aktiv fəaliyyətinin əhəmiyyətli benefisiarları olub. İl ərzində və Avropa İttifaqının donor dəstəyi ilə Bank yerli bizneslərə kredit üçün AccessBank və Bank Respublikaya böyük məbləğdə kredit verib. AYİB, həmçinin AccessBank ilə imzaladığı 15 milyon avro dəyərində yeni vəsaitlə Azərbaycanda Risk Bölüşdürmə Mexanizmini yenidən işə salıb.
Yuxarida qeyd olunanlara parallel olaraq, yerli bizneslər də Bankın ticarət nişanı olan Kiçik Bizneslər üçün Məsləhət Proqramından faydalanıblar.
AYİB-in Azərbaycan üzrə rəhbəri Natali Mouravidze qeyd edib: “Ötən il, Azərbaycanda bizim üçün çox məhsuldar il oldu. Biz bərpa olunan enerji, ölkənin nəqliyyat potensialını maliyyələşdirdik və yeni və mövcud yerli tərəfdaş banklar vasitəsilə yerli biznesi dəstəklədik. Əldə olunan nəticələrə əsasən inanıram ki, əməkdaşlığımız növbəti illərdə də davam edəcək”.
AYİB Azərbaycanda aparıcı institusional investordur və burada 195 layihəyə 4 milyard avrodan çox sərmayə qoyub. Bankın ölkədəki strategiyası Azərbaycana iqtisadiyyatını şaxələndirməyə və qeyri-neft özəl sektorunu inkişaf etdirməyə kömək etməkdən ibarətdir.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
18 d. əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 29 d. əvvəl
-
58 d. əvvəl
Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
-
59 d. əvvəl
300-dən çox yerli şirkət bir məkanda: Bakıda böyük biznes sərgisi başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
-
1 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 50%-ə yaxın artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
Ən çox oxunanlar
AZZA 125-ci mağazasını açıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Rəsmi məzənnələr açıqlandı
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb






















