“Naxçıvan” hotelinin bərpası mümkün deyil, sökülərək yerində yeni bina inşa olunacaq"
Bakıda köhnə, qəzalı binalar hələ də mövcuddur. Onlar şəhərin estetik mənzərəsini korlamaqla yanaşı insanların həyatı üçün də təhlüə yaradırlar.
Belə binalardan biri də Paytaxtın İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəşisməsində, “Hyatt regency” kompleksində yerləşən “Naxçıvan” hotelidir.
Əldə edilən məlumata görə, “Naxçıvan” hoteli sökülərək yerində eyni hündürlükdə müasir standartlara uyğun yeni binanın inşasına yaxın zamanda start veriləcək.
Qeyd edək ki, “Naxçıvan” hotelinin binası ötən əsrin ortalarında inşa edilib və uzun illər mehmanxana kimi istismar edilib. 2000-ci il noyabrın 25-də Bakıda 6,8 bal gücündə baş vermiş zəlzələdə bina ciddi ziyan görüb. Zəlzələdən sonra binada müəyyən bərkitmə və təmir işləri aparılsa da, hotel hazırda istismara yararsız vəziyyətdədir. Hətta binaya kənardan baxdıqda belə eyvanların altındakı çatları və açıqda qalmış dəmir konstruksiyaları aydın şəkildə görə bilirik.
Aparılan yoxlamalar zamanı məlum olub ki, binanın zirzəmisi və daxili konstruksiyası yararsız vəziyyətə düşüb. Binanın əsas dayaqları ciddi zərər görüb, dəmir-beton konstruksiyası erroziyaya uğrayıb. Bir sözlə, binanın istismarının davam etdirilməsi ciddi təhlükə mənbəyinə çevrilib.
“Bina ən qısa zamanda sökülməlidir”
Mövzu ilə bağlı açıqlamasına tanınmış memar Cahid Həsənov bildirib ki, “Naxçıvan” hotelinin yenidən bərpası mümkün deyil:
“Binanın fasadında görüntü bir qədər səliqəli olsa da, zirzəmidə vəziyyət təhlükəlidir. İstinad divarları ciddi xələl görüb. Dəmir-beton konstruksiya artıq neçə illərdir ki, açıq havada qalıb. Nəticədə həmin metal-konstruksiya da erroziyaya uğrayıb.
“Naxçıvan” hotelinin mühəndis qurğuları sıradan çıxmaq üzrədir. Belə vəziyyətdə binanı hansısa əlavə gücləndirmə-bərkitmə işləri hesabına saxlamağa ehtiyac yoxdur.
Yeganə həll yolu “Naxçıvan” hotelinin sökülməsi və yerində şəhərin ümumi strukturuna uyğun yeni binanın inşa edilməsidir”.
“Naxçıvan” hotelinin yerində yeni binanın inşası məqsədəuyğun olardı”
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə qeyd edib ki, “Naxçıvan hotel”in dayaqları ciddi zərər görüb:
“Ona görə də hotelin sökülməsi artıq bir zərurətə çevrilib. Bu prosesə nə qədər tez başlanılsa, bir o qədər tez xoşagəlməz hadisələrdən sığortalanmış olarıq.
Eyni zamanda, yerləşdiyi ərazi baxımından “Naxçıvan” hotelinin söküntüsündən sonra, yerində yeni və müvafiq arxitekturaya uyğun binanın tikilməsi daha məqsədəuyğun olar.
© Bizim.Media
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
31 d. əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
37 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
2 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
3 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
3 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
3 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
3 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb























