"Rolls-Royce Motors Cars Baku" yeni şourumun təntənəli açılışını Cullinan II Seriyanın debütü ilə qeyd edir
Rolls-Royce Bakıdakı şourumu yenilənib. Lüks avtomobil - Rolls-Royce Cullinan II Seriya təqdim edilib.(®) Rolls-Royce Motor Cars Baku Azərbaycanın paytaxtı Bakıda yeni şourumunun açılışını edib. Təntənəli açılış Rolls-Royce-un yolsuzluq avtomobillərinin cəsarətli təkamülü olan Cullinan II Seriyanın debütü ilə daha da əlamətdar oldu.
Açılışından 10 il sonra Qafqaz və Mərkəzi Asiyada yeganə Rolls-Royce dileri olan RRMC Baku bu mühüm hadisəni bu həftə ərzində brendin müştəriləri və dostları ilə qeyd edəcək.
Paytaxtın mərkəzində yerləşən yenilənmiş şourum həm memarlıq, həm də dizayn baxımdan tamamilə yeni görkəm alıb. Ərazinin xeyli genişləndirilməsi sayəsində markanın unikal model seriyasını daha dolğun şəkildə təqdim etmək mümkün oldu.
Rolls-Royce Pantheon radiator barmaqlığına bənzədilmiş giriş qapısı daxildə gizlənən sirri yalnız qismən açıqlayır. Girişin bəzəyi kimi markanın ən məşhur simvolu – “Spirit of Ecstasy” heykəlciyi seçilib.
Rolls-Royce Motor Cars Baku-nun baş direktoru Bayram Yaqubov deyib: “Spirit of Ecstasy” heykəlciyi qədər lüksü təcəssüm etdirən ikona yoxdur. Yeni avtosalonumuz mükəmməllik üçün davamlı səylərimizin sübutudur. Bu əfsanəvi ikonanı təqdim etməkdə bizə inam göstərən müştərilərimizə dərin minnətdarlığımızı bildiririk, çünki bu, uzunmüddətli münasibətlərin və onilliklər boyu davam edəcək dayanıqlı biznesin əsasıdır”.
Yeni salon brendin irsinə hörmət etməklə yanaşı, mürəkkəbliyi, müasir dəbdəbəni və yaradıcılığı qoruyur. Brendin təsisçilərinin şourum boyunca yerləşdirilən sitatları bunun təsdiqidir. Maraqlı, əbədi və əfsanəvi dizayn əşyalarının eklektik birləşməsi olan nadir əşyalar kabineti xəyal gücünü stimullaşdırmaq və fərdi sifariş yaratma prosesində dialoqa ilham vermək məqsədi daşıyır. Şourumun mərkəzi elementi olan Atelye, markanın ən zərif sənətkarlıq nümunələrini təqdim edir: ağac üzlüklər, dəri, müxtəlif parlaq çalarlarda olan tikmə ipləri və yun nümunələri.
Rolls-Royce Motor Cars Mərkəzinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Korporativ Kommunikasiyalar üzrə rəhbəri Frank Tiemann bildirib: “120 ildən çoxdur ki, Rolls-Royce lüksün sərhədlərini genişləndirərək yeni reallıqlar yaradır. Bu yeni şourum sizi Rolls-Royce-un və brendin təmsil etdiyi hər şeyin mərkəzinə aparacaq, sizi ilhamlandıracaq və maraqlandıracaq. Son on il ərzində bütün komandanın göstərdikləri sədaqətə, müştərilərimizin gözləntilərini aşmalarına və markamızı onlar üçün gerçəkləşdirmələrinə görə təşəkkürümü bildirmək istərdim”.
Cullinan II Seriya Azərbaycanda debüt edir
Cullinan II Seriya Azərbaycanda debüt etdiyi şourumun açılışında əsas rolu oynadı.
B.Yaqubov vurğulayıb: “2018-ci ildən etibarən Cullinan Azərbaycandakı uğur hekayəmizə mühüm töhfə verib və Rolls-Royce avtomobilinin nə olduğunu və onun sahibi üçün nəyi ifadə edə biləcəyini əsaslı şəkildə yenidən müəyyənləşdirib. Onun cəsarətli inkişafını vətənimizdə, yeni şourumumuzda müştərilərimizə və brendin dostlarına təqdim etməkdən məmnunuq”.
Cullinanın misilsiz uğurunu əsas götürərək, Cullinan II Seriya lüks avtomobillər sahəsində yeni bir mərhələyə keçiddir. Rolls-Royce tarixində II Seriya üçün ən böyük yenilənmə olan yeni dizaynı ilə, o, dəyişən zamanın tələblərinə cavab verir və eyni zamanda Cullinanın özünəməxsus xüsusiyyətlərini qoruyub saxlayır.
Rolls-Royce-un üsyankar alter eqosu olan Black Badge-ın aqressiv və barışmaz təbiəti Cullinanda özünü ifadə etməyin ən cəsarətli formalarını axtaran müştəriləri özünə cəlb edir.
Black Badge Cullinan II Seriya daha cəsarətli və ifadəli bir təklifi təmsil edir, yalnız daha qaranlıq estetik baxımla deyil, həm də onu dəstəkləmək üçün orijinal mühəndislik həlli ilə seçilir.
Frank Tiemann belə şərh edib: “Cullinan II Seriya bütün dövrlərdə qüsursuz olaraq qalır – prinsiplərə sadiq qalaraq və avtomobili bu qədər uğura çatdıran keyfiyyətləri özündə saxlayır. Eyni zamanda, bu, lüksün inkişaf etmiş anlayışına əsaslanan əsl inkişaf və tərəqqi nümunəsidir ki, bu da Cullinan-a daha çox ifadəlilik və zəriflik əlavə edir”.
"Rolls-Royce Motor Cars Baku"
Ünvan: Əlizadə küçəsi 5
Əlaqə: 050 268 33 14
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 4 saat sonra
-
-
7 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
11 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 12 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
14 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























