Mərkəzi Bank investisiya şirkətinin lisenziyasını ləğv etdi - CƏZA
Səbəb yol verdiyi pozuntuların aradan qaldırılmasına dair Mərkəzi Bankın icrası məcburi göstərişlərinə əməl edilməməsindir. Məcburi göstərişlərə əməl etmədi, lisenziyasını itirdi.Azərbaycan Respublikası Mərkəzi Bankı “Plato Capital and Co. İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin lisenziyasının ləğvi ilə bağlı məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 12 dekabr 2024-cü il tarixli Qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair Mərkəzi Bankın icrası məcburi göstərişlərinə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.1.6-cı maddəsinə uyğun olaraq "Plato Capital and Co. İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilmişdir.
"Bildiririk ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləğv edilir", - məlumatda deyilir.
Bununla da, Azərbaycanda lisenziyası olan investisiya şirkətlərinin sayı 12-yə düşüb.
“Plato Capital and Co.” 2002-ci ildə hazırda ləğv prosesində olan “Texnika Bank” ASC "Texnika Kapital Menecment" adı ilə yaradıb. İnvestisiya şirkəti 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 816 min manatdır. İnvestisiya şirkətinin səhmdarları 99% payla "Red Block" şirkəti və 1% payla Leyla Hacıyevadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 d. əvvəl
- 8 d. əvvəl
- 41 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Ən çox oxunanlar
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub























