“Agalarov Development” şirkətinin təsisçisi sədr seçildi
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilibBakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Şuranın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, maşınqayırma, neft-kimya, bank sektoru, logistika və digər sahələrdə fəaliyyət göstərən 90-dan artıq qurum və təşkilat üzvü iştirak edib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın inkişafını vurğulayıb, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi kontekstində Azərbaycan-Rusiya İşgüzar Şurasının tərəfdaşlıq mexanizminin əhəmiyyətini qeyd edib.
Bildirilib ki, birgə investisiya layihələrinin həyata keçirilməsi və ikitərəfli ticarət potensialının reallaşdırılması istiqamətində görülən işlər işgüzar dairələr arasında əlaqələri daha da möhkəmləndirir ki, bu da hər iki ölkənin iqtisadi inkişafına töhfə verir. İki ölkənin biznes dairələri tərəfindən yaradılmış Azərbaycan-Rusiya İşgüzar Şurasının fəaliyyəti barədə məlumat verən Səməd Qurbanov qurum tərəfindən iki ölkə arasında ticarət və işgüzar əlaqələrin inkişafı, Azərbaycan biznes ictimaiyyətinin maraqlarının dəstəklənməsi istiqamətində görülən işlər barədə danışıb.
İclasın gündəliyinə uyğun olaraq, şuranın İdarə Heyətinə seçkilər keçirilib, Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov, sədrin müavinləri isə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “Nardaran Invest” MMC-nin direktoru Qəmbər Bənənyarlı seçiliblər.
Şuranın yeni seçilmiş İdarə Heyətinin sədri Emin Ağalarov sahibkarlar arasında biznes dialoqun intensivləşdirilməsi və hər iki ölkənin işgüzar dairələri üçün tərəfdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Tədbirdə Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə Səməd Qurbanova Fəxri Fərman təqdim edilib.
Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən İşgüzar Şura Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Rusiya – Azərbaycan İşgüzar Şurası və iki ölkənin digər dövlət qurumları və müvafiq ictimai təşkilatlarla fəal əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 32 d. əvvəl
-
34 d. əvvəl
PAŞA Bank-ın rəhbər heyəti Londonda keçirilən Strateji Liderlik Sammitində iştirak edib
-
40 d. əvvəl
Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb
-
49 d. əvvəl
Kevin Uorşın sədrliyi ilə ilk FED iclası - O, ÇƏTİN QƏRAR QARŞISINDADIR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İnterneti sürətli və zəif olan provayderlər - SİYAHI
Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
İyunun 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Qeyri-neft ixracına pambıq dəstəyi
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
Azərbaycanın sement ixracında geriləmə - 20,4% azalıb
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır
























