MTK-lar kommunal xərcləri azaltmaq üçün bu enerjidən istifadə edə bilər
COP29 bərpa olunan enerjiyə keçidin labüdlüyünü bizə bir daha nümayiş etdirdi. “Bu enerjidən istifadə, ilk növbədə, sərmayəsi daha tez geridönüş edən şəxslər üçün cəzbedicidir”- bunu “Helind” enerji şirkətinin direktoru Orxan Quluzadə deyib.
Şirkət rəhbəri qeyd edib ki, yaşayış kompleksləri və şirkətlər bərpa olunan enerji sistemlərinə qoyduqları sərmayəni daha tez geri alanlar sırasındadır.
Orxan Quluzadənin sözlərinə görə, bərpa olunan enerjidən istifadə bizneslər üçün sərmayənin tez geridönüşündən (ROI) başqa, digər əhəmiyyətli xüsusiyyətlərə də malikdir. Bunlar arasında enerji məsrəflərinin azalması, və enerji azadlığını, yəni qiymətləri mütəmadi dəyişən ənənəvi enerji mənbələrindən asılılıqdan azadlıq kimi xüsusiyyətləri göstərmək olar.
“Dayanıqlı inkişafa istiqamət götürmüş dünyada müsbət korporativ imic də yaşıl enerjini şirkətlər üçün cazibəli edən amillərdəndir”- “Helind” bərpaolunan enerji sistemləri şirkətinin rəhbəri vurğulayıb.

Günəş enerjisindən istifadə hazırda ölkəmizdə qeyri-neft sektorunda fəal olan tikinti sektorunda, Mənzil-Tikinti Kooperativləri (MTK) üçün sərfəli seçimdir.“Helind”-in hesablamalarına görə, Bakı və Abşeron yarımadasında MTK-ların günəş enerjisindən istifadəsi üçün əlverişli imkan var.
“Yaşayış komplekslərinin saxlanması üçün hər gün xeyli elektrik enerjisi sərf olunur – blokların, həyətlərin, qarajların işıqları, liftlər, su motorları və bu kimi başqa enerji sərfiyyatçıları üçün bərpa olunan enerjidən istifadə mümkündür. “Helind” istehlakçıların enerji məsrəflərinə və qənaət istəyinə uyğun olan gücdə enerji sistemini müəyyənləşdirib quraşdırır”,- şirkət rəhbəri bildirib.
O əlavə edib ki, bu, yaşayış komplekslərinin kommunal xərclərini azaltmaqla bərabər, kompleksin əmlak dəyərini artıraraq daha cəzbedici edə, ətraf mühitə həssas sakinlərin rəğbətini qazana bilər. Qeyd olunan üstünlüklərdən əlavə, MTK-lar ölkə qanunvericiliyindəki dəstək mexanizmindən faydalanaraq, istifadə edilməyən enerjini şəbəkəyə sata da bilər.
“MTK-ların günəş enerjisindən istifadəsi böyük sahələrdə günəş panelləri quraşdırmaqla, Azərbaycanın yaşıl enerji ilə bağlı hədəflərinə çatmasına dəstək göstərər”,- “Helind” enerji şirkətinin rəsmisi fikrini belə tamamlayıb.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 33 d. əvvəl
- 47 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
15 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur


























