Aviaşirkət iflasın astansındadır
ABŞ-ın ən böyük büdcəyə uyğun hava yolu şirkəti olan "Spirit Airlines", bazar ertəsi iflasdan qorunmaq üçün müraciət etdiyini açıqlayıb.
Marja.az xəbər verir ki, Şirkət səyahət tələbində pandemiyadan sonrakı durğunluğun təsirindən və JetBlue ilə birləşmə cəhdinin uğursuzluğundan sonra yenidənqurma üçün çalışır.
Artan borc yükü şirkəti iflasa sürükləyib
Spirit Airlines 2020-ci ilin əvvəlindən bu yana 2,5 milyard dollardan çox itirib və gələn il cəmi 1 milyard dollardan çox borc ödəməsi ilə üzləşib. Şirkət iflas prosesi zamanı fəaliyyətini fasiləsiz davam etdirməyi gözlədiyini və müştərilərin bron edib uçmağa davam edə biləcəyini açıqlayıb. Həmçinin Spirit biletlərin, kreditlərin, loyallıq proqramı bonuslarının və ortaq üzvlük üstünlüklərinin qüvvədə qalacağını qeyd edib.
Spirit-in baş direktoru Ted Christie (Ted Kristi) iflas prosesinin istiqraz sahibləri ilə aparılan danışıqların nəticəsi olduğunu bildirib. Kristi investorlara verdiyi açıqlamada bu danışıqları şirkətin maliyyə sabitliyi üçün prioritet olaraq xarakterizə edib və borcun restrukturizasiyası prosesini ən qısa zamanda başa çatdırmağı hədəflədiklərini bildirib.
Səhmlərdə tarixi ucuzlaşma
Spirit-in iflas ərizəsi də maliyyə bazarlarını qarışdırıb. Spirit şirkətinin səhmləri keçən həftənin cümə günü Wall Street Journal-ın şirkətin istiqraz sahibləri ilə iflas üçün müraciət şərtlərini müzakirə etdiyini bildirdikdən sonra 25 faiz ucuzlaşıb. Bu ucuzlaşma, Spirit səhmlərinin 2018-ci ilin sonundan etibarən dəyərinin 97 faizini itirməsinə səbəb olan bir sıra mənfi hadisələrin sonuncusu idi. Bazar ertəsi səhmlər yenidən dəyərinin 18 faizini itirib.
Səyahət davranışındakı dəyişiklik böyük amildir
Spirit Airlines-ın maliyyə problemlərinin əsas səbəbi pandemiyadan sonra bərpa olunmayan gəlirlilikdir. Sərnişinlərin sayı 2023-cü ilin ilk yarısında keçən ilə nisbətən 2% artsa da, sərnişinlərin ödədiyi mil üçün ödənişlər 10% azalıb.
Bu azalma bir sıra amillərlə bağlıdır. Aviaşirkət xərcləri, xüsusən də əməkhaqqı xərcləri artıb. Spirit-in məlumatlı müştəriləri böyük hava yolları şirkətlərinin sərfəli bilet seçimlərinə yönəlib. Bundan əlavə, ABŞ-da istirahət səyahətləri üçün tariflər bazarda yeni uçuş təklifləri səbəbindən təzyiqə məruz qalıb (qiymətlər aşağı düşüb).
Spirit-in iflas ərizəsi ABŞ hava sənayesində tez-tez görülən bir təcrübəni gündəmə gətirib. 1990-cı və 2000-ci illərdə bir çox aviaşirkətlər rəqabət və yüksək xərclər səbəbindən iflas elan etmişdilər. Böyük bir aviaşirkətin sonuncu iflası 2013-cü ildə American Airlines-ın US Airways ilə birləşməsi ilə nəticələnib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
5 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
5 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
5 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























