Unibank əmanət faizini yüksəldib - illik 12%, sığortalı və vergidən azad!
(®) Unibank yüksək faizlə, uzun müddətə əmanət hesabı açmaq istəyənlər üçün çox sərfəli təklif edir.
İndi “Unibank”da 18 və 24 aylıq depozit hesabı açaraq, illik 12%-lik gəliri əldə edə bilərsiniz. Üstəlik depozitiniz sığortalı olur və əldə etdiyiniz gəlir vergidən azad edilir.
“Unibank”da əmanət hesabı açan zaman vəsaitinizin məbləğindən asılı olaraq, faizlərin ayda bir dəfə alınması üçün premium kart da hədiyyə edilir.
Bank müştərinin istəyindən asılı olaraq, müxtəlif əmanət növləri təklif edir. Bankın əmanət növlərindən istədiyinizi seçə bilərsiniz. “Müddətli” depozit sizə yüksək faiz, “Yığım” istədiyiniz vaxt əmanətinizə artım etmək, “Proqressiv” pulunuzu müddətin sonunu gözləmədən istədiyiniz vaxt götürmək, “Topla” isə olduğunuz yerdə UBank mobil tətbiqində, seçdiyiniz müddətə və faizlə depozit hesabı açmaq imkanı verir. Yeni, “Sərbəst müddət” adlı “Topla” məhsulu isə sizə həm olduğunuz yerdə UBank mobil tətbiqində depozit hesabı açaraq, illik 5 % gəlir götürmək imkanı verməklə yanaşı, istədiyiniz vaxt vəsaitinizi faiz itirmədən çıxarmaq üstünlüyü də yaradır.
İndi “Unibank”da əmanət hesabı açmaqla, bu üstünlükləri qazanırsınız:
- Pulunuza illik 12%-dək yüksək faiz əldə edirsiniz;
- Ölkənin stabil inkişaflı və mənfəətli bankının 2 milyona yaxın müştərisindən biri olursunuz;
- Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;
- Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 12 % təşkil edir və “Unibank”a yerləşdirilən bütün əmanətlər sığortalanır.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bankın paytaxt və bölgələrdə yerləşən bəzi filiaları şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.
Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://www.instagram.com/unibank.az/, https://twitter.com/unibank ) əldə etmək olar.
Unibank-Sənin Bankın!
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 21 saat sonra
-
- 24 d. əvvəl
-
50 d. əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı rəsmi məlumat
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dollarla 8% gəlir: Unibank-ın yeni istiqrazlarının detalları açıqlandı
-
2 saat əvvəl
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Ən çox oxunanlar
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır






















