Çin sərhədindən Abşerona qədər yükdaşımalarının müddəti 9 günədək azaldılıb
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) yüklərin dəniz nəqliyyatından 2 dəfə tez çatdırılmasına imkan verir, Çini Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirir və nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır.
Qazaxıstanın dəmir yolu idarəsinin məlumatına görə, yüklərin çatdırılma müddətləri azaldılıb. Hazırda bu müddət Altınkol stansiyasından (Qazaxıstan-Çin sərhədində yerləşir) Abşerona (Bakı) - 9 günədək, Poti/Batumiyə (Gürcüstan) ) - 12 günə qədər və Poti/Batumi vasitəsilə Konstansaya (Rumıniya) - 20-22 günə qədər daha azdır.
Əvvəllər xəbər verildiyi kimi, ilin əvvəlindən TITR vasitəsilə Çindən konteyner tranzitinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 dəfə artıb.
Bu ilin 8 ayı ərzində TITR marşrutu ilə 200 qatar yola salınıb. Ötən il ərzində bu göstərici cəmi 11 olub.
Bu uğurlar Sian limanında Qazaxıstan-Çin terminalı sayəsində mümkün olub. Hazırda Qazaxıstan vasitəsilə Avropaya konteyner qatarlarının 30 faizi bu limandadır.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çini Avropa ölkələri ilə birləşdirir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
-
4 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
4 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Unibankda yeni təyinat olub
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Ən çox oxunanlar
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib





















