Gəncə xəstəxanasında 1 milyon manat mənimsəməyə görə məhkəmə başlayır
Faktiki işə gəlməyənlərin maaşları, yanacaq mənimsənilibGəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Marja-ya verilən məlumata görə, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin Təcili və Təxirəsalınmaz Yardım Avtoparkı bölməsinin rəisi vəzifəsində işləmiş şəxslər - Hüseynov Vidadi Qaçay oğlu və Hüseynov Vüsal Vidadi oğlu, habelə həmin bölmənin dispetçeri Abdullayev Məhəbbət Əliş oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaqla Vidadi Hüseynovun Məhəbbət Abdullayevlə əlbir olaraq özlərində saxladıqları faktiki işə gəlməyən 36 nəfər işçiyə aid əməkhaqqı kartına köçürülmüş pul vəsaitini nağdlaşdırıb mənimsəmələrinə, eləcə də təqaüdə çıxdıqdan sonra tutduğu vəzifəyə təyin olunan Vüsal Hüseynovla birgə qanunsuz əməllərin davam etdirilməsini təşkil edərək nasaz vəziyyətdə olan avtomobillərə normadan artıq yanacağın sərf edilməsi barədə rəsmi sənədləri saxtalaşdırmasına, sadalanan qanunsuz yollarla əldə etdiyi ümumilikdə 1,1 milyon manatdan artıq pul vəsaitinin bir hissəsini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və digər sübutlar aşkar edilərək götürülüb.
Toplanmış sübutlar əsasında Vidadi Hüseynov, Vüsal Hüseynov və Məhəbbət Abdullayev Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 179.3.2, 32.3,179.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə və bu cinayəti təşkil etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2, 32.3,308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və bu cinayəti təşkil etmə), 313 və 32.3,313-cü (vəzifə saxtakarlığı və bu cinayəti təşkil etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
7 d. əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 19 d. əvvəl
- 23 d. əvvəl
-
58 d. əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
-
16 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Rəsmi məzənnələr açıqlandı
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
























