Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən Almaniyada və ABŞ-da dərc olunmuş statistik məlumatların fonunda dollar major valyutalar qarşısında bahalaşdı. Ötən gün ərzində EUR/USD valyuta cütlüyündə 1.1139 səviyyəsindən 1.1056 səviyyəsinə qədər eniş müşahidə olunub. Hal-hazırda avro/dollar məzənnəsi 1.1075 səviyyəsində ticarət olunur. GBP/USD və USD/JPY cütlükləri müvafiq olaraq 1.3165 və 144.830 səviyyələrində qərarlaşıblarlar.
Almaniyada, ilkin hesablamalara görə, avqustun sonunda illik inflyasiya öncəki ay ilə müqayisədə 2.3%-dən 1.9%-ə qədər enib. Analitiklər avqust ayında istehlak qiymətlərinin 2.1% artdığını proqnozlaşdırmışdılar. Aylıq ifadədə Almaniyada istehlak qiymətləri, ilkin məlumatlara görə, 0.1% azalıb.
ABŞ-da isə avqustun 24-də başa çatan həftə ərzində İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı əvvəlki həftənin yenilənmiş nəticələri ilə müqayisədə 2 min nəfər azalaraq 231 min nəfər təşkil edib. Analitiklər göstəricinin əvvəlki həftənin ilkin nəticəsi, 232 min nəfər səviyyəsində qalacağını proqnozlaşdırmışdılar. Həmçinin, ABŞ-da, ikinci aralıq hesablamaya görə, rüblük ifadədə ölkə ÜDM-i ikinci rübdə 3% artıb.
Bugün Almaniyada, Avrozonada və ABŞ-da aşıqlanacaq göstəricilər bazar iştirakşılarının diqqət mərkəzində olacaq. Belə ki, analitiklərin fikrincə, Avrozonada illik inflyasiya, ilkin hesablamalara görə, iyul ayı ilə müqayisədə avqust ayında 2.6%-dən 2.2%-ə qədər enib. Rəsmi məlumatlar “Eurostat” statistika agentliyi tərəfindən Bakı vaxtı ilə saat 13:00-da dərc olunacaq.
Eyni zamanda, “Eurostat” birlik ölkələrində işsizliklə bağlı məlumatları açıqlayacaq. Analitiklər ehtimal edirlər ki, göstərici iyun ayında olduğu kimi, iyul ayında da 6.5% səviyyəsində olacaq.
Bakı vaxtı ilə saat 11:55-də Almaniya Federal Məşğulluq Agentliyi ölkədə avqust ayı üçün işsizlik ilə bağlı məlumatları dərc edəcək. Analitiklər hesab edirlər ki, göstərici 6% səviyyəsində qalıb.
Eləcə də, bugün ABŞ-ın Ticarət Departamentinin İqtisadi Təhlil Bürosu ev təsərrüfatlarının gəlirləri və xərcləri haqqında məlumatları dərc edəcək. Mütəxəssislər ölkə əhalisinin iyulda gəlirlərinin iyunda olduğu kimi 0.2% artdığını, xərclərin isə əvvəlki ay ilə müqayisədə 0.3%-dən 0.5%-ə qədər yüksəldiyini proqnoz edirlər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
-
12 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
13 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
13 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























