Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) avqust iclasında uçot dərəcəsini sabit saxlayıb. Beləliklə, faiz dərəcəsi ardıcıl 5-ci iclasda dəyişdirilməyib.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) avqust ayı faiz qərarını açıqlayıb.
Marja xəbər verir ki, Mərkəzi Bank uçot dərəcəsini 50 faiz səviyyəsində sabit saxlayıb.
İqtisadçılar da TCMB-nin avqust ayında da pul siyasəti dərəcəsini 50 faiz səviyyəsində sabit saxlayacağını gözləyirlər.
Ötən ay keçirilən iclasında da TCMB uçot dərəcəsini 50 faiz səviyyəsində sabit saxlamışdır.
TCMB yaydığı press-relizində, iyul ayında aylıq inflyasiyanın əsas tendensiyasının əvvəlki ayla müqayisədə cüzi artdığı halda, ikinci rübün orta göstəricisindən aşağı qaldığını, üçüncü rübün göstəricilərinin daxili tələbin yavaşlamağa davam etdiyini və onun inflyasiya təsirinin azaldığını göstərdiyini bildirib.
TCMB, yüksək xidmət inflyasiyasının və geosiyasi proseslərin inflyasiya risklərini canlı saxladığını bildirib.
TCMB, sərt pul siyasətinin (yüksək faizlərin) gecikmiş təsirlərini nəzərə alaraq faizini sabit saxlamaq qərarına gəldiyini bildirib.
TCMB inflyasiyanın pisləşməsi ssenarisində pul siyasətni daha sərtləşdiriləcəyini təkrarlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
8 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
8 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
9 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
10 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
10 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib

























