Bolt Naxçıvan şəhərində də xidmət göstərməyə başlayıb
Bolt iyunun ayının 5-dən 100.000-ə yaxın insanın yaşadığı Naxçıvan şəhərində xidmət göstərməyə başlayıb.
Bolt Azərbaycan şirkətinin Əməliyyatlar üzrə Meneceri İsa Rəhimli bildirib: “Naxçıvan şəhərində Bolt xidmətlərini təqdim etməkdən məmnunuq, beləki bu, bütün regionda sərfəli və səmərəli nəqliyyat həlləri təqdim etmək missiyamızda mühüm addımdır. Bu şəhərdə xidmət göstərməyə başlamaqla həm sərnişinlərin, həm də sürücülərin təhlükəsizliyinə diqqət yetirdiyimizi vurğulayırıq. Yeni şəhərlərdə fəaliyyət göstərməyə başladığımız zaman Bolt platformasında genişləndirilmiş təhlükəsizlik funksiyaları təqdim olunur. Bu sıraya sərnişinlərin sığortalanması, sürücülərin qiymətləndirilməsi sistemi, innovativ “Unmatching driver-rider” funksiyası, SOS, düyməsi, səfərlərin GPS monitorinqi, sürücülərin qiymətləndirilməsi və bir çox digər imkanlar daxildir”.
Bolt şəhərdə hərəkəti daha əlçatan, təhlükəsiz və ekoloji cəhətdən təmiz etməyi hədəfləyən multi-tətbiqdir. Bolt-un xidmətlərindən Avropa və Afrikanın 45 ölkəsində (500-dən çox şəhərində) 150 milyon insanın istifadə edir. Multi-tətbiqdə avtomobil xidməti sifariş vermək, karşerinq, elektrikli skuterlərin və elektrikli velosipedlərin icarəsi, həmçinin yemək və ərzaq məhsullarının çatdırılması kimi bir sıra xidmətlər təqdim olunur. Hazırda dünya üzrə 3,5 milyondan çox sürücü və kuryer şirkətlə əməkdaşlıq edir.
Hazırda Bolt şirkəti Azərbaycanın yeddi şəhərində səfər sifarişi xidmətini həyata keçirir: Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki, Şirvan, Yevlax, Quba, Lənkəran.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
6 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 29 d. əvvəl
- 35 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI























