Bitcoin üçün çılğın proqnoz
Son günlərin ən çox danışılan mövzularından biri də Bitcoin-in bahalaşmasıdır. Kripto valyuta artıq 4 min dollar səviyyəsini geridə qoyub.
"Marja" xəbər verir ki, Bitcoin-in bu səviyyəyə qalxmasından sonra bəzi analitiklər ucuzlaşma nəzərdə tutarkən, bəziləri də bahalaşmanın davam edəcəyi fikirindədir.
Bitcoin-də bahalaşma gözləyən adlardan biri də müstəqil analitik Ronnie Moasdır. Moasa görə, Bitcoin 2018-ci ildə 7 min 500 dollar səviyyəsini görə bilər.
Daha əvvəl Bitcoin ilə bağlı 2018 qiymət hədəfini 5 min dollar olaraq açıqlayan Moas, Bitcoin-də ötən həftə sonu baş verən rekord yüksəlişdən sonra qiymət hədəfini 7 min 500 dollar səviyyəsinə qaldırıb.
2027-ci il qiymət hədəfini 50 min dollar səviyyəsində proqnoz edən Moas, qarşıdakı dövrdə yuxarı istiqamətli təkanının sürətlənəcəyini bildirib.
Moas və digər kripto valyuta mütəxəssisləri buna səbəb kimi kripto valyuta istifadə edənlərin sayında artım potensialını göstərirlər. Analitiklər hazırda 10 milyon olan istifadəçi sayının 50 ilə 100 milyon arasında olmasını təxmin edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
7 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























