“SOCAR-Türkiyə”: İsrailə xam neftin satılması ilə bağlı ittihamlar həqiqəti əks etdirmir
Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə” şirkəti tərəfindən İsrailə xam neftin satışının həyata keçirilməsi ilə bağlı ittihamlar həqiqəti əks etdirmir.
Bu barədə “SOCAR Türkiyə”yə istinadən xəbər verir.
Bildirilir ki, bu, qəsdən ictimai rəyi çaşdırmaq məqsədi daşıyır: “Biz, bütün fəaliyyətimizi baş ofisimiz - SOCAR-ın ortaya qoyduğu vizyona uyğun olaraq beynəlxalq biznes müqavilələri çərçivəsində həyata keçiririk. Dünyada neft satışı bazarının özünəməxsus xüsusiyyətləri var və hasil edilən xam neftin ticarət və ya treydinq şirkətləri vasitəsilə satışı həyata keçirilir. Tədarükçü şirkətlər xam neftin hansı ölkələrə daşınmasına, hansı məqsədlər üçün istifadə edilməsinə nəzarət və müdaxilə imkanlarına malik deyillər”.
Məlumata görə, bu xüsusda, SOCAR digər neft şirkətləri kimi tədarük etdiyi məhsulları aidiyyəti treydinq şirkətləri ilə satış əlaqələri çərçivəsində həyata keçirir: “Bununla birlikdə, bazarda fəaliyyət göstərən ticarət şirkətləri ilə davam edən mümkün satış əlaqələrimiz çərçivəsində, ticarət şirkətlərinin SOCAR-dan tədarük etdiyi xam neftin hansı ölkələrə daşındığına və hansı məqsədlə istifadə edildiyinə tərəfimizdən nəzarət və müdaxilə edilməsi mümkün deyildir”.
Həmçinin qeyd edilir ki, son dövrlər regionda baş verən geosiyasi proseslər nəticəsində müəyyən etiraz aksiyalarında “SOCAR Türkiyə” və qrup şirkətləri bir müddətdir bəzi təxribatçı qruplar tərəfindən həm sosial media üzərindən, həm də həyata keçirilən fiziki aksiyalarla hədəf göstərilməkdədir:
“Bu təxribatçı qruplar, şirkətimizin İsrail ilə xam neft üzrə ticarət əlaqəsi olduğuna dair əsassız ittihamlar irəli sürərək sosial media üzərindən təxribat xarakterli paylaşımlar etməkdə və şirkət binamıza əməkdaşlarımızın təhlükəsizliyini riskə atacaq şəkildə fiziki hücumlar həyata keçirməkdədirlər. İstanbuldakı mərkəz binamızda 12 mart, 29 may, 31 may və 2 iyun tarixlərində, Bursadakı Bursaqaz ofis binasında isə 24 may tarixində həyata keçirilən və getdikcə şiddətlənən təxribatların davam etməsi əməkdaşlarımızın həyatı üçün təhlükə yaratmaqdadır. “SOCAR Türkiyə” olaraq, sərmayələrimiz və əməkdaşlıqlarımız, Türkiyə və Azərbaycan arasındakı güclü qardaşlıq və dostluq bağları, strateji müttəfiqlik və xalqlarımızın qarşılıqlı maraqlarına uyğun şəkildə formalaşmaqdadır. Türkiyədə fəaliyyətə başladığımız 16 il ərzində təxminən 18,3 milyard ABŞ dolları məbləğindəki sərmayə ilə, fərqli şəhərlərdə 5 600 birbaşa, 10 mindən çox bilavasitə işçi ilə neft və təbii qaz sahəsində fəaliyyət göstərən qrup şirkətlərimiz və həyata keçirdiyimiz STAR NEZ, TANAP kimi strateji meqa layihələrlə Türkiyənin ən böyük xarici investoru və ən böyük inteqrasiya olunmuş sənaye qrupuyuq”.
Məlumatda vurğulanıb ki, şirkətin Türkiyədəki mövcud sərmayələri yeni sərmayələrlə genişlətmə fəaliyyəti isə davam etməkdədir:
“Enerjidəki cari kəsirin azaldılmasına verdiyimiz töhfə başda olmaq üzrə, yaratdığımız iqtisadi dəyər və məşğulluq, həmçinin həyata keçirdiyimiz bir çox sosial məsuliyyət layihəsi ilə başda fəaliyyət göstərdiyimiz bölgələr olmaq üzrə sosial fayda üçün var gücümüzlə çalışırıq. Yaşadığımız zəlzələ fəlakətində, ilk gündən etibarən həm pulsuz yanacaq dəstəyi, həm də əsas ehtiyacların bölgəyə çatdırılması istaqamətində qardaş türk xalqının yanında yer aldıq, almağa da davam edirik. Türkiyənin müxtəlif şəhərlərində qurduğumuz 11 məktəbdə 10 mindən çox şagirdə təhsil dəstəyi veririk. Sosial məsuliyyətimizi dərk edərək, təhsil, ətraf mühit və sosial sahələrdə fəaliyyətlərimizi davam etdiririk. Bir qrup təxribatçının ortaya atdığı əsassız ittihamları qətiyyən qəbul etməməklə birlikdə, ictimai rəyi manipulyasiya etmək və yüz illik qardaşlıq bağımıza zərər vermək məqsədi daşıyan bu ifadələr və hərəkətlərə etibar edilməməsini xahiş edirik. Türk və Azərbaycan xalqının ortaq maraqları və rifahı üçün fəaliyyət göstərməyə davam edəcəyik. Şirkət şüarımızda da qeyd etdiyimiz kimi, hər zaman Birlikdəyik. Güclüyük”.
© Report
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 21 saat sonra
-
- 27 d. əvvəl
-
53 d. əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı rəsmi məlumat
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dollarla 8% gəlir: Unibank-ın yeni istiqrazlarının detalları açıqlandı
-
2 saat əvvəl
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Ən çox oxunanlar
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır























