Bakı-Tbilisi-Qars üzrə yükdaşımalara start verilir
Mayın 20-sində 20 konteynerdən ibarət qatar Gürcüstana yola salınıb.
Bunu açıqlamasında Azərbaycan Dəmir Yollarının (ADY) Yük daşımaları departamentinin rəhbəri Emil Əhmədov bildirib.
O qeyd edib ki, Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində 184 kilometrlik hissəsində aparılmış təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb. Bu gündən (20 Maydan) etibarən BTQ dəmir yolu xətti üzrə yükdaşımalara start verilir.
“Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış müvafiq sənədə əsasən Bakı-Tbilisi-Qars dəmir yolunun idarə olunması məqsədilə birgə müəssisə yaradılmaq üzrədir. Hazırda beynəlxalq məsləhətçi şirkətlə birgə müəssisənin biznes modelinin hazırlanması istiqamətində işlər görülür. Məqsəd yük həcminin artırılması, BTQ xəttinin inkişaf etdirilməsidir”, - deyə E.Əhmədov qeyd edib.
Onun sözlərinə görə, birgə müəssisənin əsas işi layihə ilə bağlı bütün işlərin həyata keçirilməsi, yükdaşınması üzrə tariflərin müəyyən olunması, yüklərin daşınması və bütövlükdə əməliyyat məsələlərinin həll olunmasından ibarətdir.
Departament rəhbəri əlavə edib ki, ADY mütəmadi olaraq Mərkəzi Asiya və Avropa ölkələri arasında yükdaşımanın Orta Dəhliz vasitəsilə icra edilməsi üçün sahibkarlarla yerində görüşlər təşkil edir, qeyd olunan ölkələrin dəmir yolu administrasiyaları və daşıyıcı şirkətləri ilə sıx əməkdaşlıq qurur. Eyni zamanda, Avropa ölkələrindən Mərkəzi Asiya istiqamətinə daşınan yüklərin Orta Dəhliz vasitəsilə daşınması üçün Avropada olan yük operatorları ilə sıx əlaqə qurulur.
“Son illərdə dəmir yolu ilə tranzit yükdaşımalarda əhəmiyyətli artım qeydə alınıb. Misal üçün, 2019-cu ildə 3,8 milyon ton tranzit yükü daşınmışdısa, 2023-cü ildə bu rəqəm 6,8 milyon tona çatıb. Ötən ilin ilk dörd ayı ilə müqayisədə bu ilin yanvar-aprel aylarında daşınan tranzit yüklərin həcmi 14 faiz artıb. BTQ-nin də tərkib hissəsi olduğu Şərq-Qərb dəhlizi üzrə bu ilin birinci rübündə 10 faiz daha çox tranzit yükü daşımışıq”, - deyə o vurğulayıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
7 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 30 d. əvvəl
- 36 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI





















