Bu cins 2-3 dəfə çox gəlir gətirir - Quzusu 280 manatdan başlayır, böyükləri isə 500-800 manatdır
Bu qoyunların 80 faizi əkiz bala verir. Eləsi var ki, üçəm doğur.Xırdabuynuzlu heyvanlar arasında fermerlərin saxlamağa üstünlük verdiyi qoyun cinslərindən biri də Qarabağın “Qaradolaq” qoyunlarıdır. Fermerlər deyirlər ki, bu cins qoyunlar digərləri ilə müqayisədə daha çox gəlir qazandırır. Elə ona görə də, qərb bölgəsində bu heyvanların saxlanılmasına üstünlük verilir.
Belə fermerlərdən biri də Tovuzdan olan Fərhad Məmmədovdur. O, 15 ildir ki, bu sahənin biznesini qurub və inkişaf etdirir. Tovuz rayonunun Dönükqırıqlı kənd sakini olan Fərhad Məmmədov şəxsi təsərrüfatında yalnız “Qaradolaq” qoyunları bəsləyir və digər cinslərlə müqayisədə 2-3 dəfə çox gəlir əldə edir.
Onun sözlərinə görə, Ağcabədi rayonunun Qaradolaq kəndində xüsusi cins kimi formalaşan Qarabağ qoyunlarının saxlanılması çox sərfəlidir. Deyir ki, bu təsərrüfatdan il ərzində təxminən 8-12 min manat gəlir götürür. Ailə təsərrüfatını bu cinslər hesabına təşkil edən fermer hazırda “qaradolaq”ların döl dövrünün davam etdiyini və bu il quzu sayının da ürəyincə olduğunu söyləyir.
“Üstünlüyü odur ki, ildə iki dəfə bala verir. Əksər vaxt da əkiz doğur. Yəni orta hesabla qoyunların 80 faizi əkiz bala verir. Eləsi var ki, üçəm doğur. Tək bala verən isə çox nadir hallarda olur. Amma bu qoyunlar bir az incə heyvanlardır. Vaxtlı-vaxtında dərmanını verməlisən, yemini, otunu təşkil etməlisən. Yəni qidalanmasına xüsusi diqqət yetirmək lazımdır. Bir də ki, bu qoyunlar uzaq yol gedə bilmir. Çünki çəkisi ağır olur. Bizim yerli quzular 20 kiloqram ət verəndə, bunlar 30 kiloqramdan çox ət verir, yağlılığı da çox yüksəkdir. Həmçinin bu qoyunların ətinin təzyiq xəstələrinə, eləcə də şəkər xəstələrinə heç bir ziyanı yoxdur”, – deyə fermer bildirir.
Fərhad Məmmədov deyir ki, yaxşı bəslədiyi halda bir erkək qoyundan 80-100 kiloqram ət əldə edir. Digər yerli cinslərdə isə bu göstərici dəfələrlə aşağı olur. Quzuları da sürətlə böyüyür.
Fermer Fərhad Məmmədovun həyat yoldaşı Leyla Abbasova isə bu qoyunlara qulluq zamanı bəzi məqamlara diqqət yetirmək lazım olduğu söyləyir. “Yerli cinslərdən fərqi odur ki, ətinin yağlılığı çoxdur. Elə əti də çox olur. Yəni 4-5 aylıq quzu 40-50 kiloqram çəki verir. Digər qoyunlar isə o çəkini verə bilmir. Hazırda döl, yəni, quzulama dövrüdür. Bu qoyunlar tez-tez balalayır. “Qaradolaq” qoyunlarının bir üstün cəhəti də ətlik cins olduğundan daha tez kökəlməsidir”, - deyə əlavə edir.
Son vaxtlar ətraf kəndlərdən, hətta qonşu rayonlardan da bu cins qoyunlardan təsərrüfatları üçün almağa gələnlər olur. Qiymətlər isə elə də ucuz deyil. Quzu 280 manatdan başlayır, böyük qoyunlar isə 500-800 manat civarındadır.
© Azərtac
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 6 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
12 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
12 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib























