Azərbaycanda 2024-cü ilin yanvar ayında qaz hasilatı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay ərzində respublikada 4,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 2,4 milyard kubmetri “Şahdəniz”, 0,13 milyard kubmetri “Abşeron”, 0,7 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 30 milyon kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 2,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur. Avropaya 1,1 milyard kubmetr, Türkiyəyə 0,8 milyard kubmetr, Gürcüstana isə 0,4 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,4 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 217,4 milyard kubmetr, “Şahdəniz”dən isə 211,4 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 150 milyard kubmetri ixraca nəql edilib.
2024-cü ilin yanvar ayında ölkədə 2,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 1,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 50 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib.
Ay ərzində 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 1,8 milyon tonu konsorsiumun, 0,3 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2024-cü il tarixinədək 631 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 586 milyon ton neft, “Şahdəniz”dən isə 45 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 fevral 2024-cü il tarixinədək 629 milyon tonu ixraca nəql edilib.
Neftin emalı 2024-cü ilin yanvar ayında 481 min tona yaxın təşkil edib.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat sonra
-
- 10 d. əvvəl
-
24 d. əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
9 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
14 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"




























