Prezident Bakıda biznes mərkəzində yaradılan şərait ilə tanış oldu - YENİLƏNİB
Bakı Ağ Şəhərdə ofis binası istifadəyə veriləcək.
Marja.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında həyata keçirilən inşaat, infrastruktur və abadlıq işləri, həmçinin tikintisi yekunlaşan Bakı Ağ Şəhər Ofis binasında yaradılan şərait ilə tanış olub.
XXX
Prezident İlham Əliyev tikintisi başa çatan Bakı Ağ Şəhər Ofis binası ilə də tanış olub. Binanın inşasına 2020-ci ildə başlanılıb, Azərbaycanın Vətən Müharibəsində Qələbəsinə və suverenliyinin bərpasına həsr olunub.
Binada dünyanın aparıcı memarlıq şirkətləri tərəfindən layihələndirilmiş müasir tikililərin maketləri təqdim olunur. Yeni binaların layihələndirilməsi zamanı Ağ Şəhərin ekoloji ənənələrinə və dünyanın müasir ekoloji tələblərinə uyğun olaraq yaşıl bina, enerjidən qənaətli istifadə prinsiplərinə və beynəlxalq qurumların setifikatlarına uyğunlaşdırılmasının geniş istifadəsi qarşıya məqsəd qoyulub. Ofis binasının birinci mərtəbəsində iaşə obyektləri üçün sahələr ayrılıb.
Ofis binası ətraf mühitin mühafizəsi siyasətinə tam uyğundur və beynəlxalq ekoloji sertifikatlaşdırma təşkilatından (BREEAM) sertifikat alıb. “Ağ şəhər 2020 – Biznes Mərkəzi” 2014-cü ildə istifadəyə verilmiş birinci Bakı Ağ Şəhər ofis binasından sonra BREEAM ekoloji sertifikatı alan və yaşıl bina standartlarına uyğunluğu təsdiq olunan növbəti binadır.
Qeyd edilib ki, 2030-cu ildən sonra dünya iqliminin temperaturunun 1,5 dərəcə artması proqnozu ilə əlaqədar müvafiq (CRREM) tələblərə uyğunluğu təmin etmək məqsədilə binanın damında günəş panellərinin quraşdırılması nəzərdə tutulub.
Binada, eyni zamanda, Qarabağ atlarının dünyada təbliği məqsədilə İspaniyanın tanınmış “Lladro” şirkəti tərəfindən hazırlanmış Qarabağ atının farfordan stolüstü heykəli təqdim olunur. Bu heykəl məhdud kolleksiyadır və şirkətin 100-dən çox ölkəsində olan geniş şəbəkəsi vasitəsilə satışa çıxarılacaq.
Diqqətə çatdırılıb ki, binada 150 ofis yerləşir. Biznes nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün burada hər cür şərait var. Binada informasiya texnologiyalarından dayanıqlı istifadə məqsədilə Data Center yaradılıb.
Binanın ətrafında əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb, yerli iqlimə uyğunlaşdırılmış müxtəlif ağaclardan ibarət yaşıllıq zolağı salınıb, yaşı min ildən çox olan nadir zeytun ağacı əkilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)










