2023-də Unibanka böyük sayda müştəri axını olub
2023-də Bankın müştərilərin sayı 3 dəfəyə yaxın artıb2023-cü ildə Unibankın bankçılıq xidmətlərindən istifadə edən müştərilərin sayı 3 dəfəyə yaxın artaraq 1.5 milyon nəfərədək genişlənib.
Marja.az xəbər verir ki. bunu "Unibank KB" ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirb.
O, 2023-cü ilin Bank üçün vacib inkişaf ili olduğunu deyib:
“Ötən il Unibank üçün həm də bir strateji dövrün başa çatması ili oldu. Bu dövr ərzində əhəmiyyətli uğurlara və layihələrə imza atdıq. Aktivlərimiz 1.6 milyard, kredit portfelimiz 1 milyard manat həddinə çatdı, eyni zamanda bankçılıq xidmətlərimizdən istifadə edən müştərilərimizin sayı 3 dəfəyə yaxın artaraq 1.5 milyon nəfərədək genişləndi. Bankımızın mobil əlavələrinin aktiv istifadəcilərinin sayı strateji dövr ərzində 5 dəfədən çox artaraq, 1 milyon nəfəri keçdi, eyni zamanda bankın müştəri əməliyyatlarının 70%-dən çox hissəsinin rəqəmsal kanallara keçidinə nail olduq. Bankın bazar mövqeyinin qoruyub saxlanılması və daha da inkişafı fonunda xalis mənfəətin ciddi artımı, biznesin maliyyələşdirilməsində və depozit portfelinin həcmində böyümə, ötən il də müsbət inkişaf tendensiyasının davam etdiyini göstərir. Unibank üçün yeni strateji dövrün başlanğıc ili olan 2024-cü ildə də böyük hədəflərimiz, inkişaf layihələrimiz var. İnanırıq ki, bu il Unibank və ümumilikdə bank sektoru üçün uğurlu il olacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























