"İri hotellərdə doluluq bayram günlərində 100 % olub"
Azərbaycanda bayram günlərində hotellərin qiymətində 50 %-dən çox artım olmasına baxmayaraq əksəriyyətində sıxlıq müşahidə olunub.
Bu barədə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bildirib.
Onun fikrincə, ötən illərlə müqayisədə qiymət artımı daha yüksək olub: "Regionlarda demək olar ki, bütün hotel nömrələri dolu olub".
"Qış fəslində adətən turistlərin üz tutduğu ən populyar istiqamətlər Qəbələ və Qusar olur, çünki onlar daha çox xizək turizminə üstünlük verirlər. Azərbaycandan kənarda istirahət edənlər isə daha çox isti ölkələrə, Dubay, Abu-Dabi kimi şəhərlərə gedirlər. Eyni zamanda Türkiyə və Avropa ölkələrinə maraq olub”, - deyə G. Qəhrəmanov qeyd edib.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi açıqlamasında bildirib ki, bəzi hotellərin təklifləri ötən ildəki bayram qiymətlərinə uyğun olub: “Demək olar ki, regionlarda fəaliyyət göstərən iri hotellərdə doluluq faizi bayram günlərində 100 % və yaxud bu rəqəmə yaxın olub".
O hesab edir ki, daxili turizmin imkanları ildən-ilə inkişaf etdiyi üçün turların sayında artım müşahidə olunur, bununla bağlı yerləşmə vasitələrinə tələbat var: "Düşünürəm ki, hotellərin və səyahət agentliklərinin regionlarda sayı artırılmalıdır. Kiçik yerləşmə vasitələrinin sayının artırılması rəqabət mühitinin formalaşmasına, nəticədə isə qiymətlərin tənzimlənməsinə gətirib çıxararır".
S.Dübəndi qeyd edib ki, bu il Yeni il proqramı daxil olmaqla bir otağn qiyməti 400-600 manatdan başlayıb.
Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov isə bildirib ki, regionlarda hotellərin doluluq səviyyəsi paytaxta nisbətən, təxminən 80-90 % yüksək olub: "Bu isə regionlara yerli turistlərlə yanaşı xarici vətəndaşların da üz tutması ilə əlaqədardı. Azərbaycan vətəndaşlarının bir qismi xaricdə istirahət edib, bir qismi isə ölkə daxilində, regionlarda öz istirahətlərini təşkil edib. Bakıdakı hotellərdə 60-70 %-ə qədər doluluq müşahidə olunub.
Aşurov hesab edir ki, ötən illə müqayisədə qiymət artımı olmayıb: b
Onun sözlərinə görə, Azərbaycanda turizmin pandemiyadan sonrakı bərpa sürəti dünyada olan turizm bazarının bərpasından müəyyən qədər geridə qalır: "Bunun da səbəbi təbii ki, quru sərhədlərinin bağlı olmasıdır".
© "Report"
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 48 d. əvvəl
-
-
49 d. əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
52 d. əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
2 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 3 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
8 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
9 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Ən çox oxunanlar
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
























