Türkiyədə restoranlarda qiymətləri göstərən lövhələr məcburi olacaq
Restoranlar, kafelər və qənnadı məmulatları mağazalarında qiymətləri göstərən lövhələr “istehlakçılar tərəfindən asan görünən və oxunacaq şəkildə” yerləşdirilməlidir”.Türkiyədəki bütün restoran, kafe və şirniyyat dükanlarının girişində və ziyarətçilərə xidmət göstərilən masalarda qiymət etiketləri yerləşdirmələri məcburi olacaq. Bu qayda 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Marja.az xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyinin əmri "Rəsmi Qəzet"də dərc olunub.
Bütün ictimai iaşə obyektləri “iş yerində, giriş qapısının qarşısında və xidmət masalarının üzərində təklif olunan xidmətlərin qiymətlərini göstərən menyunu və ya qiymət lövhələrini istehlakçılar tərəfindən asan görünən və oxunacaq şəkildə yerləşdirməlidirlər.
Türkiyənin əksər iaşə obyektlərində qiymətlər pəncərələrdə göstərilib, əlavə olaraq ofisiantın gətirdiyi menyuda da onları tapmaq olar. Bununla belə, İstanbul da daxil olmaqla turizm bölgələrində ziyarətçilər tez-tez hesabı ödəyərkən işçilər tərəfindən aldadılmalarından şikayətlənirlər.
Türkiyə Ticarət Nazirliyinin əmrində yeni qaydaları pozan müəssisələr üçün hansı sanksiyaların nəzərdə tutulduğu göstərilməyib.
Nazirliyin məlumatına görə, 11 ay ərzində Türkiyədə 65,4 min şirkət yoxlanılıb və qanun pozuntularına görə 20,2 min nəfərə qarşı 1 milyon 272 min dolla cərimə tətbiq edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























