Avropa bankı Azərbaycanın dövlət şirkətinə 60 milyon dollar kredit ayırdı
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) 60 milyon ABŞ dolları həcmində uzunmüddətli krediti təsdiq edib.Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD. AYİB) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) 60 milyon ABŞ dolları kredit ayırıb.
Məlumata görə, bu barədə qərarı Bankın Direktorlar Şurası qəbul edib.
ASCO beynəlxalq genişlənmə strategiyasına uyğun olaraq həmin vəsaitlə 2 quru yük gəmisi alacaq. Bu layihə dövlət şirkətinə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) bir hissəsi kimi regional əlaqələrini gücləndirməyə, Xəzər dənizindən kənarda - beynəlxalq sularda ticarət donanması əməliyyatlarının sayını artırmağa imkan verəcək.
Kredit müqaviləsi çərçivəsində ASCO üzərinə yaxın gələcəkdə beynəlxalq “Yaşıl maliyyə bazarı”na daxil olmaq məqsədi ilə dayanıqlığa bağlı kredit çərçivəsi hazırlamaq öhdəliyi də götürəcək.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
13 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
19 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























