"R.İ.S.K. Elmi İstehsalat Şirkəti" yeni inkişaf strategiyası hazırlayır
"R.İ.S.K. Elmi İstehsalat Şirkəti" “Yeni İnkişaf Strategiyası” ilə silahlanaraq növbəti 10 illik “səyahətinə” yollanacaq. Şirkət strukturunun təkmilləşdirilməsi, səhm kimi alətlərdən daha çevik və məqsədyönlu istifadə olunması nəzərdə tutulur.Bu il 30 yaşı tamam olmuş "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" inkişafının keyfiyyətcə yeni mərhələsinə keçidi təmin edəcək strategiya hazırlamaqdadır.
Şirkətdən Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, 2023-cü illə vidalaşma ərəfəsində "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" QSC-də ötən 30 illik fəaliyyətin nəticələrinə yekun vurulmuş və növbəti inkişaf səviyyəsinə keçidi təmin edəcək yanaşmalar formalaşdırılması qərarı verilmişdir. Bu yanaşmalar əsasında isə şirkətin “Yeni İnkişaf Strategiyası” (YİS) hazırlanacaqdır. YİS-ın özək ideyası - şirkətin mövcud potensialını keyfiyyətcə yeni səviyyədə açmaq və eyni zamanda, biznesin inkişafı üçün yeni imkanlar yaratmaqdır.
Qeyd edilib ki, ötən 30 il ərzində şirkətin fəaliyyətində sütun rollar oynamış əməkdaşların öz bilik və təcrübəsini yeni nəslə harmonik ötürməsi və beləliklə də gənc kadrların idarəçilik missiyasına uğurla qoşulması YİS-in əsas elementlərindən biri olacaqdır. Bunun üçün vacib zəmin kimi şirkət innovativ və çevik yanaşmalar tətbiq etməklə inzibatçılığı təkmilləşdirilməlidir. Nəsildəyişmə prosesini təmin edəcək bu kimi addımlar YİS-in vacib elementləri olacaqdır.
Diqqət mərkəzində duran digər bir məsələ şirkətin mövcud resurslarına (insan resursları, istifadə olunan biznes aparma üsulları və sair) yeni nəzər salmaqla, ilk baxışdan gizli olan inkişaf potensialının aşkarlanması və sərrast reallaşmasıdır. Bu tədbirlər sırasına həmçinin şirkət strukturunun təkmilləşdirilməsi, səhm kimi alətlərdən daha çevik və məqsədyönlu istifadə olunması da daxildirlər. Bu istiqamətdə atılacaq addımlardan biri kimi, şirkət, səhmlərinin nominal dəyərinin azaltmaq, əvəzində isə onların sayını artirmaq üçün müvafiq tədbirlər görməkdədir.
"Məlumdur ki, əməkdaşların iş prosesindən aldıqları maddi və mənəvi məmnunluq, müştəri məmnunluğunu şərtləndirən və nəticədə uğurlu fəaliyyəti təmin edən ciddi faktorlardan biridir. Birgə fəaliyyətin yüksək multiplikativ effektini təmin etmək üçün, qüvvədə olan korporativ qayda və prosedurlar müvafiq islahat süzgəcindən keçirilməlidirlər. Bu cür islahatlar nəticəsində yaradılacaq işgüzar mühit həm mövcud mütəxəssislərin potensialını artırmalı, həm də yeni kadrların yetişdirilməsinə xidmət etməlidir",- məlumatda bildirilir.
Həmçinin məlumatda qeyd olunub ki, özünü doğrultmuş iş ənənələri ilə qabaqcıl iş təcrübəsinin vəhdəti, yaradıcı “qaydasızlıqla” səmərəli bürokratiyanın sərrast tətbiqi, fərdi və korporativ maraqların uzlaşdırılması, iri şirkət əzəməti və start-up çevikliyinin bir-birini gücləndirməsi – aparılacaq islahatların fokuslandığı əsas məqamlardır. Nəticədə şirkət, ixtisaslaşdığı sahələrdə liderliyini qoruyub saxlamqla bərabər, müasir İT bazarının trendlərinə vaxtında və rəqabətədavamlı “cavablar” verə bilmək qabiliyyəti kəsb edəcəkdir. Bütün bunlar YİS-in məqsədləri sırasındadırlar.
İT sistem inteqrasiyası, kiber-təhlükəsizlik, tətbiqi proqram təminatı istehsalı, coğrafi informasiya sistemlərinin (GIS) yaradılması kimi istiqamətlərdə ixtisaslaşmış, sifarişçiləri iri telekommunikasiya şirkətləri, dövlət qurumları, neft-qaz, bank-maliyyə, tikinti-nəqliyyat sektorları olan R.İ.S.K. Elmi İstehsalat Şirkəti YİS-lə silahlanaraq növbəti 10 illik “səyahətinə” yollanacaq.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 9 saat sonra
-
-
1 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
6 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
8 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb





























