Mərkəzi Bank bankların SMS məlumatlandırma qiymətlərinin artmasına münasibət bildirdi
Mərkəzi Bankın sədrinin birinci müavini bankların SMS məlumatlandırma qiymətlərinin artmasına münasibət bildirib.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov deyib ki, banklar sms məlumatlandırma qiymətlərini prosessinq mərkəzlərində alırlar.
Mərkəzi Bankın sədrinin birinci müavini qeyd edib ki, prosessinq mərkəzləri bu xidmətləri mobil operatorlardan alır: “Son 3 ildə SMS qiymətləndirmə tariflərində 70% artım olub. Banklar bu müddət ərzində SMS məlumatlandırma xidmət haqlarını artırmayıblar, yalnız indi bu artıma gediblər. Digər tərəfdən, sosial kartlarında SMS məlumatlandırma üzrə xidmət haqqı alınmır. Sosial kartlar dedikdə 2.3 milyondan çox sosial və pensiya kartları nəzərdə tutulur”.
Rəşad Orucov Rəşad SMS məlumatlandırma xidmətlərindən imtina edən banklar olduğunu nəzərə çatdırıb: “Bu banklarda mobil tətbiqlərdən istifadə olunur və məlumatlar online şəkildə ötürülür. Bu xidmət haqları bank və müştəri arasında sərbəst formalaşır”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
26 d. əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 31 d. əvvəl
-
-
38 d. əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
45 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
54 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
11 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb


























