Unibank şəhid övladları üçün keçirilən bayram tədbirinə dəstək olub
(®) Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü münasibəti ilə şəhid övladları üçün bayram tədbiri keçirilib.
Unibank Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi tərəfindən təşkil edilən “Zəfərin uşaqları” adlı bayram tədbirinə dəstək verib. Tədbir çərçivəsində şəhid ailələri ilə birlikdə Qubaya səfər edilib və Quba Arena Hoteldə Zəfər Günü qeyd edilib.
Bayram tədbirində şəhid övladları üçün əyləncə proqramları, viktorinalar təşkil edilib, şəhid övladlarına müxtəlif hədiyyələr verilib. Şəhid qəhrəmanlarımızın adlarının qeyd olunduğu xatirə hədiyyələri də tədbirə qatılan şəhid övladlarına təqdim edilib.
Unibank öz brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Vətən müharibəsi, Zəfər Günü ilə tariximizə yazılan 2020-ci ildən bu yana isə Bankın KSM tədbirlərində şəhid və qazilərimizlə bağlı layihələr prioritet istiqamət seçilib.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 19 d. sonra
-
-
7 d. əvvəl
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
- 15 d. əvvəl
-
19 d. əvvəl
“AzerGold” və Qvineya məsul nümayəndələrin müəyyən edilməsi barədə razılığa gəlib
- 38 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“Göyçay-Şərab”ın gəlirləri və xalis mənfəəti kəskin azalıb
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
Ən çox oxunanlar
Yen dollar qarşısında 161 səviyyəsini keçib: 40 ilin minimumuna yaxınlaşan məzənnə müdaxilə gözləntilərini artırıb
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
























