Mətbuat Şurası və MEDİA Agentliyi region mediasının inkişafı ilə bağlı müzakirələr aparıb
Oktyabrın 24-də Azərbaycan Mətbuat Şurasında İdarə Heyətinin üzvləri ilə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun və qurumun rəhbər şəxslərinin görüşü keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, toplantını giriş sözü ilə açan MŞ-nin sədri Rəşad Məcid MŞ-nin təmsilçiləri ilə MEDİA rəhbərliyinin təmaslarının media məkanımızdakı proseslərlə bağlı fikir mübadiləsi aparmaq baxımından əhəmiyyətli cəhətlərinə toxunub, görüşlərin ənənəvi xarakter almasından məmnunluğunu dilə gətirib.
Görüşdə əsasən ölkəmizdə region mediasının hazırkı vəziyyəti və perspektiv inkişaf istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub. Ə.İsmayılov bildirib ki, rəhbərlik etdiyi qurum Quba və Lənkəranda region mətbuatının nümayəndələri ilə görüşlər keçirib. Sistemli xarakter daşıyan bu görüşlərdə məqsəd regionlardakı media mühitinin diaqnostik qiymətləndirməsini apararaq bu sahənin inkişafına istiqamətlənən addımlar atmaqdır.
Görüşdə MŞ-nın İdarə Heyətinin üzvlərinin təklifləri dinlənilib və sualları cavablandırılıbdır.
Xatırladaq ki, 12 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədin imzalanmasında məqsəd MEDİA Agentliyi və Mətbuat Şurası arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media mühitinin şəffaflaşdırılması, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, etik davranış qaydalarının tətbiqi sahəsində proseslərin stimullaşdırılması və bu məqsədlə digər fəaliyyətlərin koordinasiya edilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)




.jpg)
