"Azərbaycan Sənaye Bankı"nın əməliyyat mənfəəti artıb
"Azərbaycan Sənaye Bankı" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 3 milyon 481 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 4 milyon 338 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2023-cü ilin 9 ayı ərzində ötən ilin eyni dövrünün yekunu ilə müqayisədə "Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 857 min manat və ya 19,7% azalıb. Xalis mənfəətin azalması bu il mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan vəsaitin qayıtmaması ilə əlaqədardır. Cari fəaliyyətin nəticəsinin daha dolğun göstəricisi olan əməliyyat mənfəəti artıb.
Marja.az-ın məlumatına görə, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Azərbaycan Sənaye Bankı"nın faiz gəlirləri 6 milyon 155 min manat artaraq 24 milyon 447 min manat, qeyri-faiz gəlirləri 909 min manat artaraq 8 milyon 369 min manat təşkil edib.
2023-cü ilin 9 ayında "Azərbaycan Sənaye Bankı" ASC-nin cəmi əməliyyat gəlirlərinin 7 milyon 64 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 6 milyon 776 min manat artıb. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti də artıb.
2022-ci ilin 9 ayında "Azərbaycan Sənaye Bankı"nın əməliyyat mənfəəti 4 milyon 145 min manat ikən, 2023-cü ilin 9 ayında 4 milyon 496 min manat təşkil edib.
Xalis mənfəətin azalmasına, bu il mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan vəsaitin qayıtmaması səbəb olub. Əksinə Bank əməliyyat mənfəətindən 125 min manat ehtiyatlara ayırıb. Ötən ilin 9 ayında isə etiyatlardan azad olmuş 1 milyon 289 min manat mənfəətə əlavə olunmuşdu.
30 sentyabr 2023-cü il tarixində "Azərbaycan Sənaye Bankı" 707 milyon 507 min manat cəmi aktivlərə malik olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 40 milyon 114 min manat azdır. Eyni dövrdə Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2 milyon 111 min manat azalaraq 243 milyon 707 min manata, digər banklarda yerləşdirilmiş depozitlər isə 11 milyon 979 min manat azalaraq 391 milyon 779 min manata düşüb.
2023-cü ilin 9 ayı ərzində ötən ilin sonu ilə müqayisədə "Azərbaycan Sənaye Bankı"nda depozitlər isə 10 milyon 899 min manat azalaraq 438 milyon 776 min manata geriləyib.
30 sentyabr 2023-cü il tarixində "Azərbaycan Sənaye Bankı" ASC 108 milyon 190 min manat məcmu kapitala malik olub.
2022-ci ilin sonunda "Azərbaycan Sənaye Bankı" ASC-nin səhmdarları "Anadolu Investment Company" MMC (98.4252%), Gozal Kurt Leyla 1% və "Azərbaycan Sənaye Lizinq" MMC (0.5748%) olub. Banka son nəzarəti Ahmad Abdolbari Gozal həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 16 d. əvvəl
-
- 19 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
-
1 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
2 saat əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
2 saat əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
2 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
























