Azərbaycanda dəniz turizminin inkişafı nə vəd edir?
(®) Dünyada inkişaf etmiş turizm növlərindən biri də dəniz (kruiz gəmiləri ilə səyahət) turizmidir. ABŞ, Böyük Britaniya, Norveç, İsveç, Danimarka, Finlandiya, İtaliya, Fransa, İsveçrə kimi ölkələr turizm sektorunda dəniz nəqliyyatından istifadəni genişləndirir. Azərbaycanda isə bu turizm növü faktiki olaraq durğunluq vəziyyətindədir. Bir neçə il öncə Xəzəryanı ölkələr arasında dəniz səyahətlərinin canlandırılması və Rusiyanın “Böyük Pyotr” teploxodundan birgə istifadə etməklə kruiz səfərlərin təşkili məsələsi gündəmə gətirilsə də, hələ ki, bu sahədə konkret əməli addımlar atılmayıb.
"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin sədrinin müşaviri Müzəffər Ağakərimov açıqlamasında ölkəmizdə bu turizm növünü inkişaf etdirmək potensialının mövcudluğundan və bu sahədə çatışmazlıqlardan danışıb. O, ilk növbədə vaxtilə bizdə də bu sahənin inkişaf etdiyini önə çəkib.
Potensial var
“Bir ölkədə turizm sektorunun daha çox inkişaf etməsi onun növlərinin çox və keyfiyyət göstəricilərinin yüksək olmasından asılıdır. Azərbaycanın da turizm sektoru ildən-ilə inkişaf edir. Düşünürəm ki, bizdə də həm qatar, həm də dəniz turizmi inkişaf edəcək. Bunun üçün potensialımız var. Azərbaycanda dəniz turizmini inkişaf etdirmək üçün Xəzər dənizinin potensialından istifadə etmək məqsədəuyğun olar. Vaxtilə dəniz turizmi deyəndə çay turizmini də nəzərə alırdıq. Hələ 1990-cı illərin ortalarında dəniz turizmini inkişaf etdirmək üçün layihə hazırlanmışdı. Bu layihəyə əsasən 5 Xəzəryanı dövlət kruiz turizmini inkişaf etdirmək üçün təkliflərini vermişdi. Amma bu lahiyə qeyri-müəyyən səbəblərdən dayandırıldı. 1980-ci illərin sonlarına qədər Xəzər dənizində turizm olub və mütəmadi inkişaf edib. Vaxtilə Xəzər dənizi vasitəsilə İranın Ənzəli ərazisinə turizm səfərləri olardı. Eyni zamanda Türkmənistanın Türkmənbaşı şəhərinə bərələrlə turistlər gedərdi", - M. Ağakərimov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda çay turizmi də mövcud olub: "Sovet dövründə Volqa çayı boyunca Həştərxan-Moskva marşrutu ilə vətəndaşlarımız səyahət edirdi. Bu turizm proqramı 18 gün davam edirdi. Hətta teploxodlar icarəyə götürülür, turistlər onunla Həştərxandan Moskvaya gedir, ordan Həştərxana və ordan da təyyarə ilə Bakıya qayıdırdılar”.
Turizm şirkətləri bu sahəyə maraq göstərir
O, son illər ölkədə dəniz turizminin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparıldığını qeyd edib:
"Rusiyanın "Böyük Pyotr" teploxodu ilə Xəzərdə kruiz səyahətinin təşkili planlaşdırılırdı. Arzu edərdik ki, həmin teploxod Volqa çayı ilə Xəzər dənizinə gəlsin, burdan Azərbaycan turistləri onunla Volqa çayı boyunca Moskvaya qədər gedib yenidən geri qayıtsınlar. Bu turizm növü gələcəkdə inkişaf etsə, çox yaxşı olar. Bunun üçün səylərimizi daha da gücləndirəcəyik. Turizm şirkətlərimiz də bu sahədə çalışırlar. Hazırda həmin şirkətlər Avropaya müqavilə əsasında Aralıq dənizi vasitəsilə turistlər göndərirlər. Burdan turistlər Türkiyəyə, ordan da dəniz yolu ilə Avropa ölkələrinə gedir. Bu səyahət çox baha başa gəlir. Amma Xəzər dənizinin imkanlarından istifadə etsək, Azərbaycana daha çox turist gələ bilər. Ölkəmizin turizm potensialı da buna imkan verir. Hazırda turizm şirkətlərimiz bu istiqamətdə proqram və marşrutlar üzərində işləyirlər”.
Təcrübəli mütəxəssislərə ehtiyac var
M.Ağakərimov bu sahənin Azərbaycanda inkişafdan qalmasının səbəblərinə toxunub:
“Bu ləngimə təbiidir. Dünyada baş verən hadisələr, münaqişələr, pandemiyanın yayılması və ölkəmizdə bu sahədə mütəxəssislərin az olması sözügedən gecikmənin səbəblərindəndir. Əvvəllər bizdə dəniz turizmi mövcud olanda mən turizm sektorunda işləmişəm. Amma bizdə bu sahədə təcrübəsi olanlar çox qalmayıb. Bu sahədə təcrübə mühüm rol oynayır. Dəniz turizmini yenidən bərpa etmək üçün mütləq təcrübəli mütəxəssislər lazımdır. Azərbaycanda çox istedadlı mütəxəssislər var, amma onlara istiqamət göstərmək lazımdır".
O əlavə edib ki, Xəzər dənizinin potensialından istifadə edilsə, Mərkəzi Asiyadan gələn turistlərin Türkiyə vasitəsilə Avropaya səyahət etməsini təmin edə bilərik: "Hətta Çindən gələn turistlər də Avropaya Azərbaycan vasitəsilə gedə bilərlər. Çünki Azərbaycan Avropa və Asiyanı birləşdirən bir strateji məkandır”.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
10 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
















.jpg)



.jpg)


