Məşhur Məmmədov “Şöhrət” ordeni ilə təltif edildi
Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Məşhur Şahbaz oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.
"Marja" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, oktyabrın 4-də M.Məmmədovun 60 yaşı tamam olur.
Məşhur Məmmədov əslən Masallı rayonundandır və "Perla" mebel şirkətinin sahibidir.
XXX
M.Ş.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Məşhur Şahbaz oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 oktyabr 2023-cü il
XXX
MƏMMƏDOV Məşhur Şahbaz oğlu
1963-cü il oktyabrın 4-də Masallı rayonunun Yeddioymaq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Əməyin təşkili və normalaşdırılması fakültəsini bitirmişdir. "Tərəqqi" medalı ilə təltif edilmişdir. Rus dilini bilir.
1983–1990-cı illərdə ali məktəbdə təhsil almış, hərbi xidmət keçmişdir. 1990–1996-cı illərdə Masallı rayonunda kooperativin sex rəisi olmuş, 1996– 1999-cu illərdə "Mədinə" mebel şirkətinin direktoru, 1999–2002-ci illərdə "EBME" şirkətinin direktoru, 2002–2009-cu illərdə "Embawood" MMC-nin direktoru, 2009–2011-ci illərdə "Embawood İnşaat" MMC-nin direktoru, 2011–2014-cü illərdə "Embawood" MMC-nin baş direktorunun birinci müavini, 2014–2020-ci illərdə "Progress Construction" MMC-nin direktoru vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, İntizam komissiyasının üzvüdür. Belarus, İordaniya, Moldova, Norveç, Polşa, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
3 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)







