Bakıda nəqliyyat, logistika və tranzit daşımalara dair böyük forum keçiriləcək - MÜSAHİBƏ
“Black and Caspian Freight” forumunda müxtəlif ölkələrdən nümayəndələr iştirak edəcək, yerli şirkətlərlə tanışlıq olacaq, əlaqələr genişlənəcək."Azerbaijan Maritime Engineering and Construction” MMC dəniz, gəmiçilik, neft-qaz və bərpa olunan enerji sektorlar sahəsində bütün növ gəmi yoxlamaları, gəmi və dəniz mühəndisliyi, dəniz layihələrinin idarə olunması, layihələr üçün tələb olunan gəmilərin icarəsi, su altının qazaraq dərinləşdirməsi, neft və qaz boru xətlərinin çəkilməsi, sərnişin, yük terminallarının dizaynının verilməsi və tikilməsi, gəmilər üçün körpülərin, dayanacaq yerlərinin tikilməsi və s. xidmətləri göstərən beynəlxalq standartlara uyğun şirkətdir. "Azerbaijan Maritime, Engineering and Construction" şirkəti 2014-cü ildə təsis edilib.
Şirkətin direktoru Rəşad Şəkərovla görüşdük. Bakıda keçiriləcək “Black and Caspian Freight” forum haqda müsahibə aldıq.
- Bildiyimizə görə, cari ilin sentyabr ayının 20-21-də Bakıda “Black and Caspian Freight” forum keçiriləcək və Siz bu forumun baş partnyorusuz.
- Bəli, Nəzərinizə çatdırmaq istəyirəm ki, qeyd olunan forum keçən il sentyabrın 21-də Türkiyənin İstanbul şəhərində keçirilmişdi. Mən də bu forumda şirkətimiz adından iştirak etdim. Forumda Xəzər və Qara dənizi ölkələrinin ərazisindən keçən nəqliyyat dəhlizlərinin və marşurutlarının, logistika infrastrukturunun inkişaf etdirilməsi, gömrük rəsmiləşdirilməsinin və ticarətinin sadələşdirilməsi, rəqəmsallaşdırılması, “Bir Pəncərə” mexanizminin yaradılması və s. kimi mövzular müzakirə olundu. Artıq, forumun gedişatında qərara aldım ki, növbəti il bu forumu mütləq Azərbaycanda keçirdək. Çünki, Tarixən İpək Yolunun keçdiyi Azərbaycan ərazisi Avropa və Asiyanın ən ucqar ölkələrini birləşdirən, strateji iqtisadi-ticari dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Müstəqillik əldə etdikdən sonra Azərbaycan qısa zaman ərzində nəqliyyat infrastrukturu daha da inkişaf etdirərək dəniz, quru və dəmir yolu nəqliyyatına böyük investisiyalar yatırılmışdır. Bütün bunları nəzərə alaraq, Forumun təşkilatçılarına müraciət etdim və onlar böyük məmuniyyətlə buna razı oldular. Ölkəyə qayıtdıqdan sonra, Forumun Bakıda keçirilməsi və səmərəli olması üçün bütün komandamla çalışdıq. Nəticə etibarilə, bu il sentyabrda "Four Season" otelində qeyd olunan Forumun keçirilməsi baş tutacaq.
- Sizcə bu Forumun ölkəmizə nə kimi xeyri var?
- Məlumdur ki, indiki geosiyasi gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra nəqliyyat marşrutları üçün ciddi təhdidlər yaranıb. Hazırda Rusiya-Ukrayna müharibəsi səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarında təhlükəli vəziyyət hökm sürür və demək olar ki, onların fəaliyyəti dayandırılıb. Bu şəraitdə beynəlxalq “şimal-cənub” və “şərq-qərb” nəqliyyat dəhlizlərinin əsas marşrutlarının kəsişmə qovşaqlarında yerləşən Azərbaycanın logistika baxımından əhəmiyyəti daha da yüksəlmişdir.
Respublikamızın cəlbediciliyini artıran mühüm amillərdən biri ölkəmizin tərəfdaş dövlətlərlə xoş niyyətə əsaslanan münasibətlər qurmasıdır. Bəllidir ki, Azərbaycanın açıq dənizlərə, okeanlara çıxışı yoxdur. Bu səbəbdən də ölkənin bütün beynəlxalq nəqliyyat, enerji, kommunikasiya xətləri digər dövlətlərin ərazisindən keçməlidir. Buna nail olmaq üçün ilk növbədə qonşu və digər dövlətlərlə sıx dostluq münasibətləri yaradılmalıdır. Yəni, söhbət tranzit daşımalarından gedirsə, burada tərəfdaş ölkələrlə əməkdaşlıq, qarşılıqlı xoş münasibətlər önə çıxır. Azərbaycanın timsalında bu hal aydın şəkildə görünür. Coğrafi mövqe ilə yanaşı, Cənab İlham Əliyevin həyata keçirdiyi tam müstəqil xarici siyasət nəticəsində Azərbaycan, Ermənistan istisna olmaqla, bölgənin bütün dövlətləri ilə sıx dostluq münasibətləri yaradılıb. Bu da ölkəmizin tranzit daşımaları sahəsində uğurlar qazanmasını şərtləndirən mühüm amillərdən biridir və bu münasibətlər sayəsində bir çox beynəlxalq layihələr gerçəkləşdirilib. Bu forumda da müxtəlif ölkələrdən nümayəndələr iştirak edəcək, yerli şirkətlərlə tanışlıq olacaq, əlaqələr genişlənəcək, bir sıra beynəlxalq layihələr müzakirə ediləcək.
- Sizə işlərinizdə uğurlar arzulayırıq, ümidvarıq ki, sentyabr ayının 20-21-də Bakıda keçiriləcək “Black and Caspian Freight” forum çox uğurla həyata keçiriləcək, ölkəmizə böyük mənfəəti olacaqdır.
- Təşəkkür edirəm, mən də AMEC komandası ilə birgə qeyd olunan Forumun uğurla keçirilməsinə çalışırıq. Ümumiyyətlə, həyata keçirilən bütün tədbirlər şübhəsiz ki, Azərbaycanın regionda beynəlxalq nəqliyyat dəhlizləri üzərində mühüm ticarət, tranzit mərkəzinə çevriləcəyini bir daha təsdiqləyir. Çünki, Azərbaycan Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilərək yeni təşəbbüslər irəli sürməkdə davam edir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal iştirakçısı olan respublikamız müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir.
Forum haqqında ətraflı: www.rdl.group/black-and-caspian-freight-forum-2023
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
7 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
9 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib




























