Maliyyə Nazirliyi yeni borclanma hədəflərini şərh etdi
Maliyyə Nazirliyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, ölkənin dövlət borcu ilə bağlı hədəf və çərçivələrində dəyişikliklər edilməsini şərh edib.
Xatırladaq ki, həmin hədəf göstəricisinə əsasən, bu il iyulun 1-nə 6,6 milyard ABŞ dolları və yaxud ÜDM-in 10 %-i qədər olan xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi müəyyən edilib. Bununla yanaşı, Azərbaycanda xarici dövlət borcunun 2025-ci ilin sonunda 7,1 milyard ABŞ dolları və yaxud ÜDM-in 10,7 %-i qədər olması gözlənilir.
Nazirlikdən bildirilib ki, xarici dövlət borcunun idarəedilməsində qarşıya qoyulmuş hədəflərin yerinə yetirilməsi və borcun azaldılması istiqamətində əldə edilmiş müsbət nəticələr ölkə Prezidentinin sədrliyi ilə keçirilən 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə də vurğulanıb, eyni zamanda, növbəti illərdə vaxtı çatmış xarici dövlət borcunun qaytarılacağı da nəzərə alınmaqla, ölkəmizin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə müvafiq prioritet sahələrdə infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün əlavə xarici borc vəsaitlərinin cəlb olunması imkanlarının nəzərdən keçirilməsi tapşırığı verilib:
"Bu səpkidə alternativ enerjinin toplanması və nəqli ilə əlaqədar müasir enerji şəbəkəsinin qurulması, özünüməşğulluq və sosial müdafiə tədbirlərinin gücləndirilməsi, smart şəhərlərin qurulması, ölkəmizin tranzit potensialının artırılması, o cümlədən, dəmir yolu infrastrukturunun yenidən qurulması və Cənub Qaz Dəhlizinə daxil olan qaz boru kəmərlərinin nəqletmə həcminin yüksəldilməsi, Gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması tədbirlərinin davam etdirilməsi kimi layihələr üçün maliyyə təminatının yaradılması çərçivəsində ortamüddətli dövrdə xarici borcalmalara müraciət etmək nəzərdə tutulur.
Yeni borcalnmaların dövlət borcunun idarə edilməsi üzrə müəyyən olunmuş hədəflərdə öz əksini tapması üçün “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi”nə və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na müvafiq dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi 30 %-i, birbaşa xarici dövlət borcu mütləq ifadədə 10 milyard ABŞ dollarını üstələməməlidir.
Əlavə borclanma həm də ölkəmizin əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə kredit qurumları ilə işgüzar münasibətlərinin davam etdirilməsi siyasəti baxımından da mühüm əhəmiyyət kəsb edir".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























