Azər Türk Bank-dan Yeni İl münasibətilə xüsusi videoçarx
Azər Türk Bank ölkəmizin və həmvətənlərimizin mənafeyi uğrunda bir olmaq, həmrəylik nümayiş etdirmək məqsədilə qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə xüsusi videoçarx hazırlamışdır. Sıx birliyi və vətənpərvərliyi ilə seçilən xalqımızı təbrik edən Bankın hazırladığı videoçarxda Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən xidmət ofislərinin əməkdaşları iştirak edir.
Həmçinin, ölkəmiz üçün əlamətdar günlərdə bayraq aksiyasının keçirilməsi artıq Azər Türk Bankda xoş bir ənənədir. Bank Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə də həmvətənlərimizə bayram təbrikini ənənəvi tərzdə yetirir. Bankın Baş Ofisinin və bütün filial binalarının fasadları üzərində Azərbaycanın dövlət bayrağı asılmışdır.
Xatırlatmaq istəyirik ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü 1991-ci ilin 16 dekabrında ümumilli lider Heydər Əliyev tərəfindən elan edilmişdir. Milli-mənəvi dəyərlərə, ənənələrə sədaqət və qayğı ilə yanaşaraq bir daha xalqımızı qarşıdan gələn hər iki əlamətdar gün münasibətilə təbrik edir, daim ruh yüksəkliyi ilə qeyd edəcəyimiz bayramların olmasını arzulayırıq. Hər bir ailədə bayram sevincinin yaşanmasını, yeni ilin yeni uğularla bərabər gəlməsini təmənni edirik.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
6 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
6 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























