Rublun ucuzlaşmasının Azərbaycana mənfi təsirləri var
Rublun ucuzlaşması Azərbaycana da mənfi təsir edir.
Marja.az-ın araşdırmasına görə, mənfi təsir əsasən iki istiqamətdə özünü daha qabarıq göstərir: Azərbaycana pul köçürmələrinin azalmasında və Rusiya mallarının Azərbaycana ixracı artaraq yerli məhsulları sıxışdırmaqda.
Rusiya rublu Azərbaycan manatı qarşısında 2023-cü ilin əvvəlindən ötən dövrdə 25%, ötən ilin avqust ayı ilə müqayisədə isə 37% ucuzlaşıb. Bugün hər 1000 rubl 10,5 manat daha ucuzdur. - ötən ilin Avqust ayında hər 1000 rubla 28,1 manat almaq mümkün idisə, bu gün 17,6 manat alınır.
AZƏRBAYCANLILARIN AİLƏLƏRİNƏ GÖNDƏRDİKLƏRİ PUL KƏSKİN AZALIB
Rusiyada iqtisadi vəziyyətin çətinləşməsi, Rublun dəyər itirməsi Azərbaycana göndərilən pul baratlarının azalması ilə nəticələnib. Azərbaycana köçürmələr ABŞ dollarında göndərilsə belə, bu valyutanı da Rusiyada almaq bahalaşıb. Əgər əvvəllər Rusiyada 50 min rubla 800-900 dollar civarında valyuta alışı mümkün idisə, hazırda cəmi 500 dollar almaq olur.
Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti icmalında bildirilir ki, 2023-cü ilin birinci yarısı ərzində (yanvar-iyun) Azərbaycana daxil olan pul baratlarının həcmi 890 milyon dollar təşkil edib. Azərbaycana daxil olan pul baratlarının həcmi 2022-ci ilin birinci yarısı ilə müqayisədə 714 milyon dollar və ya 44,5% azalıb. 2022-ci ilin birinci yarısında Azərbaycana daxil olan pul baratlarının həcmi 1 milyard 604 milyon dollar təşkil etmişdi.
Azərbaycanın Rusiyaya ixracının artması bir neçə məhsul üzrə ixracın başlaması və ya artması ilə əlaqədardır. Bir sıra ənənəvi ixrac məhsulları üzrə Azərbaycanın ixracının dəyəri aşağı düşüb. Məsələn, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, 2023-cü ilin 7 ayı ərzində Azərbaycandan 124 milyon 167 min dollarlıq 111 min 871 ton pomidor ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı azalıb.Belə ki, 2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycandan 134 milyon 126 min dollar dəyərində 112 min 205 ton pomidor ixrac edilmişdi.Azalma dəyər ifadəsilə 7,4%, miqdar ifadəsilə 0,3% olub.
AZƏRBAYCANIN İDXALINDA RUSİYA LİDERDİR
Rublun ucuzlaşması Rusiya ixracatçılarına sərfəlidir. 2023-cü ilin yanvar-iyul aylarında 2022-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycan məhsullarının Rusiyaya ixracı 711 milyon 534 min dollar (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,6% çox), Rusiyadan mal idxalı isə 1 milyard 734 milyon dollar (artım 23,8%) təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yeddi ayın yekunlarına görə, Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub. Azərbaycanın məhsullar idxal etdiyi ölkələr arasında Rusiya Federasiyası liderlik edir. Bu dövrdə Rusiya ilə ticarət əməliyyatlarının payı ölkəmizin xarici ticarət dövriyyəsinin 8,06%-ni təşkil edib.
"HAZIRLAŞMAQ LAZIMDIR"
İqtisadçı Vüqar Bayramov bildirib ki, Rusiyada iqtisadi çətinliklər və rublun ucuzlaşması Azərbaycana göndərilən vəsaitin həcmini azaldır. Digər tərəfdən, rublun ucuzlaşmasının valyuta bazarımıza psixoloji təsirlərini də diqqətdən qaçırmaq olmaz. Bununla belə, rubl daxil olmaqla bir sıra tərəfdaş ölkə valyutalarının zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir. Bu da qeyri-neft ixracatımıza təsirsiz ötüşməyə bilər. Rusiyada fəaliyyətini davam etdirən azərbaycanlı iş adamlarının da həm yığımlarını, həm də sərmayə qoyuluşlarını şaxələndirmələri çox vacibdir. Rusiya iqtisadiyyatı artıq yeni mərhələyə qədəm qoyub. Bu, onun bütün qonşularından daha yaxşı hazırlıq tələb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























