Ölkədə ilk Ekoloji Park Kompleksi Gəncədə yaradılır
Xeyli vaxtdır ki, Gəncəçayın üzərindəki körpüdən bir qədər aralıda, çayın sağ sahilində nəhəng bir obyektin ucaldılması şəhər sakinlərinin və qonaqların diqqətini cəlb edir. Son günlər burada işin sürəti bir qədər də artıb, tikintiyə əlavə işçi qüvvəsi və texnika cəlb olunub. Məqsəd hamının həsrətlə gözlədiyi obyektin ilin sonuna kimi tikilib istifadəyə verilməsidir.
Bəli, ölkəmizdə bir ilk olan Ekoloji Park Kompleksi yerli və xarici turistlərin ən sevimli məkanı olacaq. Kompleks Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehaslat Birliyinin (MKTİB) yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində salınıb və bütövlükdə 11 hektarı əhatə edir.
Obyektdə ucaldılan üçmərtəbəli 22 metr hündürlüyündə oranjereya binasının 2 min 100 kvadratmetr sahəsi var. Tikilinin əsas hissəsi dəmir-beton, metal və şüşə-vitraj konstruksiyalarla yığılıb. Fərqli dizaynı ilə seçilən kompleksdə turistlərin rahatlığı üçün bütün şərait yaradılmaqdadır. Burada istənilən fəsildə müxtəlif nadir növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinqləri yetişdiriləcək. Bunun üçün oranjereya binasının daxilində bitkilərin normal inkşafının təmin edilməsi üçün isitmə və havalandırma sistemi qurulur. Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzləri, idman qurğuları və iaşə obyektlərinin yerləşdirilməsi planlaşdırılır. Bununla yanaşı, açıq havada müxtəlif növ balıqları olan akvarium da olacaq.
Gəncə Şəhər MKTİB-nin yaşıllaşdırma şöbəsinin gülçülük və tingçilik sahəsində salınan Ekoloji Park Kompleksinə gələn ziyarətçilər, həmçinin müxtəlif növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinglərinin yetişdirilməsi prosesi ilə də yaxından tanış ola biləcəklər. Obyektin bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, hazırda Gəncə şəhərində 14 park və istirahət güşəsi fəaliyyət göstərir. Onların yaşıllıqlarla müntəzəm təmin edilməsi üçün MKTİB-nin gülçülük təsərrüfatında yerli mütəxəssislər tərəfindən ilboyu 30 növdə 60 minə yaxın gül-çiçək və 20 növ ağac tingləri yetişdirilir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 6 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
12 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
12 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib




























