Azərbaycan Mərkəzi Bankı daha çox pul çap etdirib - 5 DƏFƏYƏ YAXIN ARTIM
31 dekabr 2022-ci il tarixində tamamlanan il ərzində Mərkəzi Bank çap şirkətindən 2 milyard 446 milyon 950 min manat məbləğində yeni kağız və metal pul nişanlarını təhvil alıb.
Marja.az xəbər verir ki, Mərkəzi Bank 2021-ci ildə çap şirkətindən 507 milyon 566 min manat məbləğində yeni kağız və metal pul nişanlarını təhvil almışdı. Beləliklə, ötən il təhvil alınan yeni kağız və metal pul nişanları 4,8 dəfə artıb.
2021-ci ilin sonunda dövriyyədə olan kağız və metal pulların məbləği 12 milyard 310 milyon 18 min manat əşkil edib. Ötən il dövriyyədə olan kağız və metal pullarda 2 milyard 404 milyon 342 min manat artım olub və 2022-ci ilin sonunda 14 milyard 714 milyon 360 min manata çatıb.
2021-ci ildə dövriyyədə olan kağız və metal pullarda artım 470 milyon 354 min manat təşkil etmişdi.
2022-ci ildə Mərkəzi Bankın kağız və metal pulların istehsalı və nəqli üzrə xərcləri 24 milyon 100 min manat olub (2021-ci ildə 8 milyon 116 min manat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
14 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
20 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
























