500 qız artıq cüdoya başladı!
(R) “Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə birgə əməkdaşlıqda elan etdiyi “Qızlara ağ yaraşır” sosial kampaniyası qızları idmana həvəsləndirməyə davam edir.
“Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə birgə əməkdaşlıqda 12 iyun tarixindən etibarən həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial kampaniyası artıq öz töhfəsini verir. Belə ki, qısa müddət ərzində Azərbaycanın bir çox bölgələrindən 500-ə yaxın qız cüdo idman növünə yazılıb.
Qeyd edək ki, idmanın, mübarizliyin və özünə inamın təbliğatına yönələn bu sosial layihə qızları fiziki və mənəvi sağlam olmağa, gələcəyə əmin addımlarla irəliləməyə həvəsləndirmək məqsədi daşıyır. Eyni zamanda, sosial layihə həm qlobal, həm də ölkə səviyyəsində aktual olan erkən nikah mövzusuna da toxunur.
Kampaniya çərçivəsində cüdoçular sırasına qoşulmaq istəyən 7-14 yaş aralığında qızlar Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçə bilərlər. İlk 1000 qız tələbəyə cüdoqi və 1 ay pulsuz məşq hədiyyə olunur.
Qızları cüdoya yazdırmaq və ətraflı məlumat üçün (+994 50) 226 28 34, (+994 50) 226 28 35 nömrələrinə zəng və ya https://qizlaraagyarasir.az veb-saytına müraciət etmək olar.
İstəyirik, qızlarımız cüdoqi geyinsin, çünki qızlara ağ yaraşır.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
36 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























