Dövlət satınalmalarında təklifin təminatına dair tələb dəyişir
Satınalma komissiyası təklifin təminatını ehtimal olunan qiymətin 1-3 faizi həcmində müəyyənləşdirəcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, təchizatçı təqdim etdiyi təklifə uyğunluq sənədlərini, təklifin təminatını, habelə şərtlər toplusunda nəzərdə tutulduğu halda, subpodratçının müəyyən olunmuş tələblərə uyğun olması barədə sənədləri əlavə edir.
Təkliflər kağız daşıyıcılarda onların açılmasına ən geci 1 (bir) saat qalanadək, portal vasitəsilə isə onların təqdim edilməsi üçün müəyyən edilən müddət başa çatanadək satınalan təşkilata təqdim edilir. Təkliflərin təqdim olunması üsulu, yeri, son tarixi və saatı şərtlər toplusunda müəyyənləşdirilir.
Qeyd olunan müddətdən gec təqdim olunan təklif qəbul edilmir. Həmin təklif kağız daşıyıcılarında təqdim olunduqda, açılmadan təchizatçıya qaytarılır və onun satınalmada iştirakına yol verilmir.
Təklif təchizatçı tərəfindən hazırlanaraq imzalanır, portal vasitəsilə təqdim olunma halları istisna olmaqla, qapalı və möhürlənmiş zərfə qoyulur.
Bu Qanuna əsasən kağız daşıyıcılarında təqdim olunan təkliflərdə bütün rəqəmlər həm də sözlə yazılır. Rəqəm və söz arasında fərq olarsa, söz ilə ifadə olunan məbləğ əsas götürülür.
Təchizatçıya tarixi və saatı göstərilməklə, real vaxt rejimində təklifin qəbul olunması barədə bildiriş təqdim edilir.
Hüquqi və fiziki şəxslər hər satınalma üzrə yalnız bir təchizatçı qismində iştirak edə və yalnız bir təklif təqdim edə bilərlər.
Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmamalıdır.
Layihəyə əsasən, təklifə təminat da veriləcək. Satınalma komissiyası təklifin təminatını ehtimal olunan qiymətin 1-3 faizi həcmində müəyyənləşdirir. Təklifin təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən azı 30 (otuz) iş günü çox olmalıdır.
Satınalma komissiyası qarant barəsində hər hansı tələbini, habelə təklif üçün tələb olunan təminatın növünü, formasını və digər şərtlərini şərtlər toplusunda göstərir. Aşağıdakı hallarda təchizatçının təklifinin təminatı geri qaytarılmır:
-. təchizatçı təkliflərin təqdim edilməsinin son müddəti bitdikdən sonra və ya təklifin qüvvədə olma müddəti bitənədək öz təklifini geri götürdükdə və ya dəyişdirdikdə;
- təklifin aspektinə dair bildirişi almış qalib təchizatçı müəyyən olunmuş müddətdə satınalma müqaviləsini imzalamadıqda və (və ya) icra təminatını təqdim etmədikdə;
- təklifin akseptinə dair bildirişi almış qalib təchizatçı satınalma müqaviləsi imzalananadək şərtlər toplusunda göstərilmiş hər hansı digər şərtləri yerinə yetirmədikdə.
Təklifin təminatı aşağıdakı hallarda dərhal geri qaytarılır:
-. satınalmada ilk üç yerdən birini tutmayan təchizatçılara – satınalmanın nəticələrinə dair yekun protokol təsdiq olunduqda;
- satınalmada ikinci və üçüncü yerləri tutan təchizatçılara – qalib təchizatçı ilə bağlanan satınalma müqaviləsi qüvvəyə mindikdə;
-. qalib təchizatçı istisna olmaqla, digər təchizatçılara – təkliflərin qüvvədə olma müddəti bitdikdə;
- bütün təchizatçılara – təkliflərin təqdim edilməsinin son müddəti bitməmişdən əvvəl təklif geri götürüldükdə və ya satınalma ləğv edildikdə;
-. təkliflərin qüvvədə olma müddətinin uzadılması təşəbbüsü ilə razı olmayan təchizatçılara – təkliflərin qüvvədə olma müddəti bitdikdə;
-. qalib təchizatçıya – satınalma müqaviləsi imzalandıqda və icra təminatı təqdim edildikdə.
təkliflərin qüvvədə olma müddəti, dəyişdirilməsi və geri götürülməsi proseduru da məlum olub.
Təkliflərin qüvvədə olma müddəti şərtlər toplusunda müəyyənləşdirilir. Bu müddət təkliflərin açıldığı gündən sonra azı 30 (otuz) iş günü təşkil etməlidir.
Satınalma komissiyası ən çoxu təkliflərin ilkin qüvvədə olduğu müddət qədər təkliflərin qüvvədə olma müddətinin uzadılmasını təchizatçılardan tələb edə bilər. Təchizatçı təklifin təminatına olan hüququnu itirmədən satınalma komissiyasının belə tələbindən imtina edə bilər.
Təkliflərin qüvvədə olma müddətinin uzadılması tələbi ilə razılaşan təchizatçılar təklifin təminatının qüvvədə olma müddətinin bu Qanunun tələbləri nəzərə alınmaqla uzadılmasını və ya uzadılmış müddət üçün yeni təminatın verilməsini təmin edirlər.
Təchizatçı təkliflərin təqdim edilməsi müddəti bitənədək öz təklifini dəyişdirə və ya geri götürə bilər.
Təkliflər şərtlər toplusunda nəzərdə tutulan qaydada və daxil olduqları ardıcıllıqla açılır.
Təkliflər açılarkən hər bir təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), ünvanı, VÖEN-i, təklifinin qiyməti və təklifin təminatının məbləği və qüvvədə olma müddəti portalda dərc olunur.
Kağız daşıyıcılarda keçirilən satınalmalarda təchizatçı və ya onun səlahiyyətli nümayəndəsi təkliflərin açılışında iştirak edə bilər. Təklif təqdim etmiş, lakin təkliflərin açılışında iştirak etməyən təchizatçılara bütün təchizatçıların təkliflərinə dair elan olunmuş məlumatlar göndərilir. Təchizatçının və ya onun müvəkkilinin təkliflərin açılmasında iştirak etməməsi satınalma komissiyasının həmin təchizatçını satınalmadan kənarlaşdırmasına əsas vermir.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 2-5 faizi həcmində müəyyən olunur. Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının qüvvədə olma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda texniki təminat müddəti daxil olmaqla) 30 bank günü çox olmalıdır. Açıq tenderin keçirilməsi zamanı qiyməti 100 000 ABŞ dollarının manat ekvivalentindən az olan satınalma müqaviləsi ilə bağlı həmin müqavilənin yerinə yetirilməsinin təminatı tələb olunmur.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 5 saat sonra
- 10 d. əvvəl
-
8 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
8 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
Bu gün Prezidenti İlham Əliyevin doğum günüdür
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
Ən çox oxunanlar
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi



















