“Rəqəmsal Transformasiya və Texnologiya Zirvəsi Forumu” keçiriləcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəqəmsal layihələri olan Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı ilə Türkiyənin “ODS Consulting Group” şirkətinin birgə təşkilatçılığı əsasında “Rəqəmsal Transformasiya və Texnologiya Zirvəsi Forumu” keçiriləcək. Forum rəqəmsal transformasiya və elektron ticarətin yaratdığı imkanlar, iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi və ixracın təşviqi məqsədi daşıyır.
Forum zamanı sahibkarlar üçün bir neçə istiqamət əsas götürüləcək:
-Azərbaycan və Türkiyənin ticarət sahəsində rəqəmsal transformasiyası;
-Alibaba.com saytının ixrac imkanları, istehsalın məhsuldarlığının artırılması yolları, müştərilərlə kommunikasiya;
-Onlayn satışda rəqəmsal həllərin tətbiqi, süni intellektin e-ticarət əməliyyatlarında rolu və istifadəsi sahəsində məlumatlılığın artırılması.
Müştəriyönümlü biznes strategiyasını qurmaq, rəqəmsal həllərdən istifadə edərək ixracı və səmərəliliyi artırmaq istəyən bütün şirkətləri 20 iyun 2023-cü il tarixində, saat 11.00-da onlayn formatda keçiriləcək Forumda iştirak etməyə dəvət edirik. Qeydiyyat artıq başlayıb. İştirak üçün təqdim olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz: https://training.ereforms.org/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
7 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
7 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
9 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
10 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
10 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib



























