İsveçrəli istehsalçı Azərbaycanı seçir
İsveçrənin ətriyyat kompozisiyaları istehsalçısı olan “Luzi AG” şirkəti məhsullarının Qafqaz və Mərkəzi Asiyada inkişaf etdirilməsi üçün Azərbaycanı regioanl xab kimi qiymətləndirir.
Yerli bazarda “Luzi AG” şirkətinin məhsulları 10 ildən çoxdur tanınır. Şirkət 2014-cü ildə məhsullarının aktiv inkişaf etdirilməsinə başlayıb və artıq 2017-ci ilin fevral ayında isə Bakıda regional nümayəndəliyini açıb. Hazırda “Luzi AG” Azərbaycanda ətriyyat və kosmetika məhsullarının istehsalçıları ilə əməkdaşlıq edir, həmçinin yerli şəxsi gigiyena vasitələri və məişət kimya məhsullarının istehsalçıları ilə aktiv danışıqlar aparır.
“Luzi AG”nin icraçı direktoru Yurq Kollerin (Jürg Koller) sözlərinə görə, iki il ərzində şirkət realizə etdiyi məhsullarının həcminin artırmaq və ətriyyat kompozisiyaları bazarında liderlərdən birinə çevrilmək niyyətindədir.
«”Luzi AG” şirkəti Yaxın Şərq regionu ölkələrinin bazarlarında təmsil olunur və bu regionun aparıcı hazır məhsul istehsalçılarının inamını qazanıb. Bizi BƏƏ, İran və Fars körfəzinin digər ölkələrində çox yaxşı tanıyarlar. Son illər ərzində Dubayda olan məhsullarımız Azərbaycandan və Qazaxıstandan aktiv şəkildə satın alınır, məhz bu səbəbdən də Bakıda rəsmi nümayəndəliyin açılmasını qərara aldıq. Planlaşdırırıq ki, Azərbaycan nümayəndəliyimiz nəinki yerli bazarı əhatə edəcək, həmçinin Qafqaz və Orta Asiya bazarlarında məhsullarımımzn inkişaf etdirilməsində xab rolunu oynasın. Artıq ofisimizdə Azərbaycan və Qazaxıstanda biznesin inkişafı üzrə menecerlərimiz fəaıiyyət göstərir”, - deyə Yurq Koller bildirib.
Y. Koller onu da əlavə edib ki, şirkət Azərbaycan bazarına yeni çıxıb və məhz buna görə hazırkı tədarükçünü yenisinə dəyişmək istəyən müştəriləri tapmaq elə də asan deyil: “Azərbaycan bazarında şirkətin məhsulları qiymətinə görə rəqabətqabiliyyətlidir. Onu deyə bilərəm ki, bazarda digər analoji məhalullarla müqayisədə biz orta, hətta ortadan bir qədər yuxarı kateqoriyadayıq. Onu da xatırlatmaq istərdim ki, yüksək keyfiyyətli məhsul ucuz satıla bilməz”.
Əsası 1926-cı ildə Sürixdə (İsveçrə) qoyulan “Luzi AG” şirkəti Avropanın ən qocaman ətriyyat kompozisiyaları istehsalçısıdır. Şirkətin sifarişçiləri sırasında həm kütləvi, həm də eksklüziv kateqoriyalara aid olan ətriyyat istehsalçıları mövcuddur. Hazırda şirkət 100-dən çox ölkədə təmsil olunur. Şirkət özünü bütün ekoloji standartlara cavab verən keyfiyyətli məhsul istehsalçısı kimi sərgiləndirir. Sözügedən sənayenin nəzarət orqanı sayılan Ətirli Maddələr üzrə Beynəlxalq Assosiasiyanın (IFRA) üzvü olan bu şirkətin bütün istehsal prosesi İsveçrədə həyata keçirilir. Ətriyyat kompozisiyalarının istehsalı zamanı “Luzi AG” 1 800-ə yaxın müxtəlif növ inqrediyentlərdən istifadə edir ki, bunların sırasında İtaliyanın sitrus cövhəri, Meksikanın liman yağı, Bolqarıstanın qızıl gül yağı, İndoneziyanın paçuli yağı, Madaqaskarın vanil yağı və s.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 34 d. əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
6 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
6 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























