Bu gün Mərkəzi Bank qərarını açıqlayacaq - NƏ GÖZLƏNİLİR?
03 May 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq.
Marja.az-ın məlumatına görə, 2023-cü ildə 3-cü iclasında da Mərkəzi Bankın faizlərin artırılması istiqamətində qərar qəbul edəcəyini gözləmək olar. Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 8.75%, faiz dəhlizinin aşağı həddi 7%, faiz dəhlizinin yuxarı həddi isə 9.75% təşkil edir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin mart ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin mart ayına nisbətən 13,6 faiz artıb. Bu rəqəm fevralda 14,1 idi. 2023-cü ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-mart aylarına nisbətən 13,8 faiz yüksəlib. Bu rəqəm yanvar-fevralda 13,9% idi. Göründüyü kimi, inflyasiya cüzi yavaşlasa da Mərkəzi Bankın hədəfindən (4±2%) xeyli yüksəkdir. Mərkəzi Bankın məqsədi inflyasiyanı səngitmək və hədəfinə endirməkdir.
Mərkəzi Bank son 12 ay ərzində bir neçə dəfə faiz artırmasına baxmayaraq inflyasiyanın sürəti kəskin düşməyib. Ötən ilin əvvəlində 12% civarında olmuş illik inflyasiya 2023-cü ilin martında 13,6% təşkil edib. Qiymətlərin artması tempi, 2022-ci ildə inflyasiyada müşahidə edilmiş pik səviyyə (sentyabr ayında 15.6%) ilə müqayisədə inflyasiya çox da yavaşlamayıb. İqtisadi artıma və məşğulluğa xələl gətirmədən faizlərin artırılması siyasəti indiyədək inflyasiyanın ciddi azalması ilə nəticələnməyib.
Mərkəzi Bankın faizləri artırmasının təsirsiz olması inflyasiyanın ölkəyə idxal olunması ilə də izah edilir. Yüksək inflyasiya xarici amillər, o cümlədən təklifin azalması ilə əlaqədar olduqda mərkəzi bankların faiz qərarları az təsirli olur. Mərkəzi banklar faizləri ilə tələbə təsir göstərə, tələbin azaldılması və ya stimullaşdırılması ilə qiymətlərin sürətini tənzimləyə bilirlər.
Bir sıra iqtisadçılar hesab edirlər ki, təklif qıtlığı şəraitində qiymətlərin artması zamanı mərkəzi bank faizlərini azaltmalı, ucuz kreditləşmə ilə istehsal dəstəklənməli və məhsul bolluğu yaradılmalıdır. Hesab olunur ki, təklifin artırılması nəticəsində qiymətlərin artım sürəti səngiyə bilər.
Eyni zamanda, Azərbaycana xarici valyuta daxilolmalarının artmasının təsiri altında məcmu tələb genişlənir, iqtisadi artımın tempi artır. Əhalinin nominal gəlirlərinin yüksəlməsi, bu il əməkhaqqı, pensiyaların artırılması və kredit aktivliyi istehlakı artırır.
"Pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın dinamikası, proqnozun hədəfdən yayınma səviyyəsi və risklərin qalıcılığından asılı olaraq veriləcək. Mərkəzi Bankın həyata keçirdiyi əməliyyatların və əvvəlki qərarların nəticələri monitorinq edilərək siyasət qərarlarının qəbulunda nəzərə alınacaqdır. Məcmu tələbin və istehlak aktivliyinin izafi genişlənməsini məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaltmaq məqsədilə Mərkəzi Bank sərəncamındakı bütün alətlərdən və mexanizmlərdən adekvat istifadə edəcəkdir. İnflyasiyanın azalacağı ilə bağlı proqnozlar özünü doğruldarsa pul siyasətinin normallaşdırılması, daha sonra isə transmissiyanın zaman intervalı nəzərə alınmaqla yumşaldılması imkanlarına baxılacaqdır",- Mərkəzi Bank 29 MArtda Faiz dəhlizinin parametrləri haqqında press-relizində bəyan etmişdi.
FAİZ DƏHLİZİ NƏDİR?
Məlumat üçün bildirək ki, pul siyasətinin əməliyyat çərçivəsinin mühüm elementlərindən biri faiz dəhlizidir. Faiz dəhlizi banklararası bazardakı qısamüddətli faizlərin dəhliz daxilində hərəkətini təmin etmək məqsədi daşıyır. Faiz dəhlizi eyni zamanda Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə faizlərinin iyerarxiyasını müəyyən edir.
Mərkəzi Bankın faiz dəhlizi üç parametr olan uçot dərəcəsi, yuxarı hədd və aşağı həddən ibarətdir. Faiz dəhlizinin aşağı həddi sterilizasiya yönümlü daimi imkanlar alətlərindən olan 1 günlük depozit əməliyyatının faizidir. Faiz dəhlizinin yuxarı həddi isə 1 günlük likvidliyin verilməsi üzrə daimi imkanlar alətlərindən olan əks-REPO əməliyyatının faizidir.
Uçot faiz dərəcəsi faiz dəhlizinin mərkəzi parametridir. Bu faiz dərəcəsini elan etməklə Mərkəzi Bank banklararası bazarda qısamüddətli faizləri bu parametrə yaxınlaşdırmağa çalışır.
Dəhlizin aşağı həddi ilə uçot dərəcəsi arasında formalaşan faizlərlə sterilizasiya yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir. Uçot dərəcəsi ilə dəhlizin yuxarı həddi arasında formalaşan faizlərlə likvidliyin verilməsi yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir.
Mərkəzi Bank sərəncamındakı alətlərlə banklararası pul bazarında faizlərin dəhliz daxilində formalaşmasına çalışır. Bu proses pul siyasəti qərarlarının transmissiyasının birinci həlqəsini təşkil edir. Banklararası bazarda qısamüddətli faizlər dəyişəndə digər faizlər, o cümlədən depozit və kredit faizləri də dəyişir. Bu proses pul siyasəti qərarlarının transmissiyasının ikinci həlqəsini təşkil edir.
Artmış pul kütləsinin inflyasya potensiala malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlara Mərkəzi Bankın sterilizasiya əməliyyatları deyilir. Bununla belə xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir.
Uçot faiz dərəcəsi
30.03.2023 8.75%
02.02.2023 8.50%
16.12.2022 8.25%
28.10.2022 8.00%
18.03.2022 7.75%
28.01.2022 7.50%
Dəhlizin yuxarı həddi
30.03.2023 9.75%
02.02.2023 9.50%
16.12.2022 9.25%
28.10.2022 9.25%
18.03.2022 9.25%
28.01.2022 9.00%
Dəhlizin aşağı həddi
30.03.2023 7.00%
02.02.2023 6.75%
16.12.2022 6.25%
28.10.2022 5.00%
01.09.2022 4.00%
18.03.2022 6.25%
28.01.2022 6.00%
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
36 d. əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 45 d. əvvəl
-
-
55 d. əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
1 saat əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
1 saat əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
1 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat




























