Azərbaycanın Türkiyədə tikəcəyi şəhərciyin təməli qoyuldu
Azərbaycanın ayırdığı maliyyə vəsaiti ilə Türkiyədə zəlzələdən zərər çəkmiş Kahramanmaraşda tikiləcək şəhərciyin təməli qoyulub.
Marja.az xəbər verir ki, binaların təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalı çərçivəsində qoyulub.
"Güclü zəlzələlərdən sonra Azərbaycan Türkiyənin yanında oldu. Daha sonra İlham qardaşım Kahramanmaraşda 1000 ev tikmək sözü verdi. Bununla birlikdə məktəblər, məscid, yataqxanalar və bir çox sosial binalar tikiləcək. Bir sözlə, Azərbaycan şəhər inşa etmək qərarı verib. Bugün bu şəhərin təməlini qoyuruq",- Ərdoğan deyib.
Daha sonra prezidentlər canlı bağlantı vasitəsilə binaların təməlini qoyublar.
Yaşayış və sosial binaların tikintisi 1 il ərzində başa çatdırılacaq. Binlara Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
4 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
11 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
11 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
13 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
13 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 14 saat əvvəl
-
14 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Ən çox oxunanlar
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım



























